
18 illik həsrətə son
Süni intellekt sayəsində uşaq sahibi olacaqlar
Süni intellekt sayəsində uşaq sahibi olacaqlar
ABŞ və Böyük Britaniyada minlərlə körpə cütlüklərə satıldı
Aztəminatlı və yaşıllıq olmayan ərazilərdə yaşayanlar üçün risk 2 dəfə çoxdur
Bütün etiraflar yalan idi
Hollandiyada həddindən artıq maye qəbul edən 7 yaşlı uşaq zəhərlənib
1 uşaq dünyasını dəyişib, 17 uşaq müalicə olunur
BMT uşaq sahibi olmaq üçün ciddi maneələri açıqlayıb
Şaxta baba kostyumu geyinib və uşaqları kəmərlə döyüb
Əgər uşağınız danışmırsa, buna bir çox vərdiş səbəb ola bilər
“Ölüm hökmünüz artıq imzalanıb”
Avropa ölkəsində hər iki gəncdən biri internetdə cinsi istismara məruz qalır
Avropa ölkəsində azyaşlılarla bağlı qorxunc statistika
Cənubi Koreya dövləti uzun illər uşaq oğurluğu ilə məşğul olub
Özünü Avropanın ən mədəni ölkəsi sayan Fransada qorxulu statistika
2050-ci ilə qədər dünyada uşaq sağlığını təhdid edən təhlükə
Cənubi Koreya hökuməti ilk dəfə insan oğurluğuna görə məhkəməyə verilib
Cənubi Afrikada 6 yaşlı qızını insan alverçilərinə satan ana Rakel Smit insan alveri və uşaq qaçırma ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilib. Kiçik qız Coşlin Smit hələ də tapılmayıb.
Cənubi Afrikada ictimaiyyəti dərindən sarsıdan uşaq oğurluğu və insan alveri işi ilə bağlı hökm çıxarılıb. 6 yaşlı Coşlin Smiti 20.000 randa (təxminən 1100 Avro) satan Ana Rakkel “Kelli” Smit və onun iki ortağı insan alverinə görə ömürlük, uşaq oğurluğuna görə isə 10 il həbs cəzasına məhkum ediliblər. Hökm 29 may 2025-ci ildə Saldanha Körfəzindəki məhkəmədə elan edilib.
***
Coşlin Smit 2024-cü ilin fevral ayında Qərbi Keypdəki Saldanha Körfəzindəki evindən yoxa çıxdı. Hadisənin ilk günlərində ictimai dəstək alan ana qızını itirdiyi üçün televiziyaya çıxmış və kömək istəmişdi. Lakin istintaqın sonrakı mərhələlərində onun qızını bilərəkdən qaçıraraq satdığı üzə çıxıb.
Məhkəmə qərarı oxunarkən məhkəmə zalında olan ana Smitin heç bir emosional reaksiya göstərməməsi təəccüblü idi. Məhkəmə proseslərini sakitcə izləyən Smit hələ də qızının harada olduğu barədə məlumat verməyib.
***
Coşlinin yoxa çıxması bütün Cənubi Afrikada böyük müzakirələrə səbəb olub, yaşıl gözləri və qəhvəyi saçları ilə gülümsəyən kiçik qızın fotoları sosial mediada geniş şəkildə paylaşılıb. Hökumət də hadisədə yaxından iştirak edib və Coşlinin tapılmasına görə bir milyon rand (təxminən 54.000 dollar) mükafat təklif edilib.
Cənubi Afrika dünyada cinayət nisbətinin ən yüksək olduğu ölkələrdən biri kimi tanınır. Son illərdə uşaq oğurluğu hallarında da nəzərəçarpacaq artım var.