vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 20 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
AVROPA  
Uşaqlara Adolf adı verilə bilinərmi? 10:53 | 20 avqust 2025 | Çərşənbə Məqaləyə 100 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Uşaqlara Adolf adı verilə bilinərmi?

Almaniyada körpə qoyulması qadağan olunan adlar

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniyada hansı körpə adlarının qadağan olunduğunu və hansı meyarlara əsasən qərar verildiyini bilirsinizmi?

Almaniyada qadağan olunmuş körpə adlarının sabit bir hüquqi siyahısı yoxdur. Lakin praktikada adlara dair qərarlar adətən hüquq, inzibati tətbiqlər və məhkəmə qərarlarına əsaslanır.

Rəsmi qurum olan Standesamt (nüfus idarəsi) xüsusilə iki əsas meyara diqqət yetirir: Adın həqiqətən bir ön ad olub-olmaması… Yəni ad, bir şəxsin adı kimi başa düşülməlidir; abstrakt anlayışlar, obyekt adları, peşə ünvanları və ya tamamilə uydurma sözlər bu çərçivədə rədd edilir.

 

Uşağın rifahı…

 

Uşağın adı səbəbindən alay olunma, damğalanma və ya psixoloji zərər görmə ehtimalı varsa, bu ad böyük ehtimalla təsdiqlənmir.

 

Rədd edilən bəzi ad nümunələri

 

Almaniyada keçmişdə rəsmi qurumlar tərəfindən rədd edilən bəzi adlar diqqət çəkir:

Marka və məhsul adları: “Gucci”, “Ferrari”, “McDonald”, “Whisky”, “Joghurt”, “Popcorn”, “Peanut”.

Əsillik və ünvan ifadəsi olan adlar: “Lord”, “König” (Kral), “Prinzessin” (Prinsess).

Ələ salma vasitəsinə çevrilə biləcək və ya mənaca uyğunsuz adlar: “Bierstübl” (Pivə evi), “Atomfried” (Atom sülhü), “Waldmeister” (Orman mütəxəssisi), “Verleihnix” (Asteriks xarakteri), “Puhbert”, “Scheißerle”.

Tarixi və dini baxımdan problemli adlar: “Lenin”, “Usama bin Laden”, “Judas”, “Satan” (Şeytan).

Fantastik və ya bədii xarakter adları: “Pumuckl”, “Crazy Horse”, “Shaggy”, “Superman”.

 

Təsdiqlənmiş sıra xarakterli adlar da mövcuddur

 

Bütün bu sərt tətbiqlərə baxmayaraq, Almaniyada bəzən olduqca sıra xarakterli adlar rəsmi olaraq qəbul olunur.

Bunlardan bəziləri belədir: “Champagna”, “Pepsi-Carola”, “Schneewittchen” (Ağbəniz), “Leonardo da Vinci Franz”, “Winnetou”, “Prestige”, “Smudo”, “Dee-Jay”, “Klee”, “Tarzan”, “Schokominza”, “Nemo”, “Rapunzel”, “Pippilotta”, “Sultan”, “Cinderella-Melodie”.

 

“Adolf” adı tamamilə qadağan edilibmi?

 

Mübahisəli tarixçəsinə baxmayaraq, “Adolf” adı Almaniyada birbaşa qadağan deyil. Lakin ad, müəyyən bir siyasi kontekstdə və ya ifrat sağçı ailə mühitində verilməyə çalışılırsa, Standesamt tərəfindən rədd edilə bilər. Yəni qiymətləndirmə kontekstə görə aparılır.