Avropadan güclü gediş
Budapeşt görüşü sual altında
10:59 | 20 avqust 2025 | Çərşənbə
Məqaləyə 235 dəfə baxılıb
Şriftin ölçüsü
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Dövlət Departamenti mühafizəkar fəalın ölümünə sevinən 6 nəfərin vizasını ləğv etdi
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
Qədim qızıldərili mifologiyası gündəmdə
Tramp və Makron arasında gərgin dialoq iddiası: “İki lider mübahisə etdi”
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
Pentaqon Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya köməklik edəcək
ABŞ Prezidenti Donald Tramp, FED sədri Cerom Pauelə qarşı tənqidlərini bir daha gündəmə gətirdi. “Truth Social” platforması vasitəsilə etdiyi açıqlamada, Pauelin əmlak sektoruna “çox pis zərər verdiyini” iddia edən Tramp, faiz dərəcələrində böyük bir endirim çağırışını təkrar etdi.
Tramp paylaşımında,“Lütfən, kimsə Cerom Pauelə desin ki, əmlak sektoruna çox pis zərər verir. İnsanlar onun səbəbindən ipoteka ala bilmir. İnflyasiya yoxdur və hər işarə böyük bir faiz endirimini göstərir”, – yazıb. Prezident yüksək faiz səviyyələrinin ipoteka xərclərini artıraraq ev sahibi olmağı çətinləşdirdiyini iddia etdi.
Trampın açıqlamaları, FED sədri Cerom Pauelin ikin gün sonra “Jackson Hole” simpoziumunda edəcəyi vacib çıxışdan öncə gəlib. Qlobal sərmayəçilər və maliyyə dairələri, Pauelin verəcəyi mesajları yaxından izləyir. Xüsusilə iqtisadi görünüş və qısa müddətli faizlərlə bağlı açıqlamalar kritik əhəmiyyət daşıyır.
Son məlumatlar göstərir ki, inflyasiya pandemiya dövründəki zirvələrdən xeyli düşsə də, hələ də FED-in 2% hədəf aralığının üzərindədir. Bu, Trampın müdafiə etdiyi kimi dərhal faiz endirimi yerinə daha ehtiyatlı bir siyasət izlənməsini dəstəkləyən bir zəmin yaradır.
FED-in sentyabr toplantısı kritik əhəmiyyət kəsb edir
FED-in növbəti siyasət toplantısı sentyabrın 16-17-də keçiriləcək. Trampın güclü faiz endirimi tələblərinə baxmayaraq, sərmayəçilər və iqtisadçılar ümumiyyətlə Sentyabr toplantısında yalnız 25 baza bəndi endirim olacağını gözləyir. İl ərzində mümkün başqa bir dörddə bir bənd endirimi də gözlənilir, amma Trampın istədiyi kimi bir neçə bəndlik endirim ehtimalı az görünür.
İqtisadi göstəricilər qarışıq siqnallar verdiyi üçün, mərkəz bankı rəsmiləri ehtiyatlı və məlumat yönümlü yanaşmanı davam etdirməyə meyllidir. Bu çərçivədə, Pauelin “Jackson Hole” çıxışı bazarlarda faiz istiqamətinin yenidən formalaşmasına səbəb ola bilər.
Ağ Evdən Miran üçün sürətli təsdiq çalışmaları
Bu hadisələrin fonunda, Ağ Ev rəhbərliyi FED İdarə Heyətinə yeni təyin olunan Stefen Miranın sentyabr toplantısına qədər rəsmi olaraq vəzifəyə başlaması üçün prosesi sürətləndirdiyi bildirildi. “Politico”nun xəbərinə görə, Miranın təsdiq prosesi prioritet olaraq icra olunur və Ağ Ev Senat Bankçılıq Komitəsi üzvləri ilə əlaqə quraraq prosesi sürətləndirməyə çalışır.
Stefen Miran Trampın iqtisadi müşavir heyətində çalışır və FED idarəsində boş qalmış yerlərdən birinə müvəqqəti təyin olunmaq üçün namizəd göstərilib. Respublikaçı bəzi senatorların da sentyabr toplantısından əvvəl təyinatın baş tutması üçün dəstək verdiyi bildirilir. Miran təsdiqləndiyi halda, prezidentin mərkəz bankasında yaxın mövqedə bir şəxs vasitəsilə qərar proseslərinə daha çox təsir imkanları olacaq.