Yarasız ot örtüyü, oturacaqlar
Əmircanda uşaqların üçün nəzərdə tutulan stadion baxımsız vəziyyətdə – VİDEO
20:15 | 20 aprel 2026 | Bazar ertəsi
Məqaləyə 16 dəfə baxılıb
Şriftin ölçüsü
Əmircanda uşaqların üçün nəzərdə tutulan stadion baxımsız vəziyyətdə – VİDEO
İndoneziya məktəblərindəki pulsuz yemək proqramı narahatlıq yaradıb
Evindən silah arsenalı tapıldı
Qlobal bazarlarda taxıl, süd ucuzlaşıb, ət, şəkər bitki yağları bahalaşıb
Hökumətin küçədə tək bir uşaq belə qalmayacaq vədi fiaskoya uğradı
Silikon Vadisindəki rəhbərlər “ağıllı uşaqlar üçün böyük məbləğ ödəyir”
Almaniyada körpə qoyulması qadağan olunan adlar
Ölkədə biotəhlükəsizlik həyəcanı verildi
Türkiyənin əhalisi 3 ayda 90 min nəfər artdı
Qadınlarda anoreksiya və bulimiyanın yüksəlişi və çağırışlar
Sosiskada donuz, dönərdə eşşək əti
Bir animasiya təhlükəni bundan gözəl izah edilə bilməzdi
Ana südü körpəyə xeyirli olduğu kimi ananı da qoruyur
Uşaqlarına yalançı cənnət, çəpgöz, büt, yoxsul, dərd yağdıran mənasını verən isimlər qoyanlar
Avropada satılan məhsulda yüksək səviyyədə təhlükəli yağ tapılıb
Sürücü və sərnişinlərin sayəsində azyaşlı qız xilas edilib
Avropada HiPP markalı uşaq qidalarına siçan zəhəri qatılması ehtimalı ilə bağlı ciddi təhlükə yaranıb. Şirkət bir neçə qabda zəhər izlərinin aşkarlanmasından sonra üç Avropa ölkəsində məhsullarını satışdan geri çağırıb.
VAXT.AZ “Deutsche Welle”yə istinadən xəbər verir ki, Avstriya, Çexiya və Slovakiya polis orqanları uşaq qidalarına qəsdən siçan zəhəri qatdığı ehtimal edilən şübhəli şəxsin axtarışına başlayıb.
Şirkət ilk olaraq Avstriyada satılan məhsullarda zəhər izlərinin aşkar edildiyini bildirib. Bundan sonra HiPP məhsulları Avstriyada “SPAR supermarket” şəbəkəsində satılan bütün şüşə qablar üzrə geri çağırılıb.
Şirkətin sözçüsü Klemens Preysinq bildirib ki, zəhərli qablar Çexiya və Slovakiyada da aşkar edilib. Bu səbəbdən ehtiyat tədbiri olaraq həmin ölkələrdə də bütün məhsullar satışdan çıxarılıb.
Şirkət valideynləri xəbərdar edərək bildirib ki, belə məhsullardan bir qabın belə istifadə edilməsi həyat üçün ciddi təhlükə yarada bilər. Eyni zamanda qeyd olunub ki, məhsulu geri qaytaran müştərilərə alış qəbzi təqdim edilmədən tam pul geri ödəniləcək.
Polis valideynlərə aldıqları məhsulları diqqətlə yoxlamağı tövsiyə edib. Xüsusilə cırılmış etiket, zədələnmiş qapaq və ya qablaşdırmada hər hansı müdaxilə izi potensial risk əlaməti kimi qiymətləndirilir.
Şirkət hadisəni şantaj cəhdi kimi qiymətləndirir
Avstriya rəsmiləri bildiriblər ki, hadisənin qida istehsalı prosesi ilə bağlı olmadığı ehtimal edilir və şirkətin şantaja məruz qaldığı düşünülür.
120 ildən artıq tarixə malik olan və Bavariya bölgəsində yaradılan, hazırda isə qərargahı İsveçrə ərazisində yerləşən HiPP şirkətinin sözçüsü bildirib ki, hadisə “xarici müdaxilə” nəticəsində baş verib və istehsal prosesinin keyfiyyəti ilə əlaqəli deyil.
Avstriyanın səhiyyə qurumları bildirib ki, belə zəhərlənmə hallarında uşaqlarda diş əti qanaması, burun qanaması, səbəbsiz göyərmələr və ya nəcisdə qan müşahidə oluna bilər.
Rəsmilər qeyd edib ki, bu simptomlar zəhərin qəbulundan 2–5 gün sonra ortaya çıxa bilər və belə hallarda dərhal xəstəxanaya müraciət edilməlidir.