vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 12 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
SƏNAYE, AQRAR  
Türkiyədə qida skandalı 19:06 | 12 avqust 2025 | Çərşənbə axşamı Məqaləyə 99 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyədə qida skandalı

Sosiskada donuz, dönərdə eşşək əti

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyədə Kənd Təsərrüfatı və Meşə Nazirliyi bu il ərzində ölkə miqyasında 732 min 416 qida yoxlaması həyata keçirib. Aparılan araşdırmalar nəticəsində qanunsuzluqlara yol verən müəssisələrə ümumilikdə 1 milyard 524 milyon lirə (63,605 manatdan çox) cərimə kəsilib. Nəzarətlər zamanı eşşək ətindən donuz ətinə qədər bir çox qadağan olunmuş maddə aşkar edilib. Nazirlik qida saxtakarlıqları ilə mübarizəni sürətlə davam etdirir.

Nazirlik, istehlakçıların “təhlükəsiz qida” mövzusunda maarifləndirilməsi istiqamətində fəaliyyət aparmaqla yanaşı, ölkənin hər bölgəsində qida yoxlamalarını gücləndirib. Yanvar-iyul ayları arasında keçirilən yoxlamalarda 17 min 223 inzibati cərimə tətbiq olunub. Ümumilikdə 385 müəssisə barədə prokurorluğa müraciət edilib.

Yoxlamalar zamanı aşkar edilən uyğunsuz məhsullar iki kateqoriyaya bölünüb: “Sağlığa təhlükə yaradan qidalar” və “təqlid və qatqı edilən qidalar”. Birinci kateqoriyada ət və ət məhsullarında donuz və təkdırnaqlı heyvan əti, ədviyyatlar, bitki yağları və souslarda icazəsiz boya maddələri, şokolad, bitki çayları, enerji içkiləri və digər içkilərdə dərman tərkibli maddələr, süd məhsullarında isə kif və maya yaranmasının qarşısını almaq üçün istifadə edilən natamisin aşkar olunub.

Təqlid və qatqı hallarına isə dəyəri eyni olmayan maddələrin əlavə olunması və məhsulun əsas keyfiyyətinin azalması daxildir. Məsələn, bitki yağlarına toxum yağlarının qarışdırılması, keyfiyyətsiz zeytun yağı qatılması, ət məhsullarında dəridən ibarət toxumaların, quş ətinin və daxili orqanların istifadəsi, ədviyyatlarda isə pomidor qarışığı və qida boyası aşkarlanıb. Süd məhsullarında yağ miqdarının normadan aşağı olması da bu siyahıya daxildir.

Nazirlik, vətəndaşları da diqqətli olmağa çağırır. Rəsmi tövsiyələrə görə, qida alarkən etiket və məcburi məlumatların olduğu qablaşdırılmış məhsullara üstünlük verilməli, tez xarab olan ərzaqlarda son istifadə tarixinə mütləq baxılmalıdır. Xüsusən də heyvansal məhsullar yalnız dövlət təsdiqli və mənşəyi məlum mənbələrdən alınmalı, düzgün şəraitdə saxlanılan satış nöqtələrinə üstünlük verilməlidir. İstehlakçılar aşkar etdikləri uyğunsuzluqları “ALO 174” xəttinə bildirə bilərlər.