 
                                İrqçilik doğuşdan gəlir, yoxsa psixoloji bir problemdir?
Psixoloji səbəblər və elmi baxış
 12:42 | 16 iyun 2025 | Bazar ertəsi
                Məqaləyə 206 dəfə baxılıb
                
                Şriftin ölçüsü
            					
            	
                12:42 | 16 iyun 2025 | Bazar ertəsi
                Məqaləyə 206 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                 
                 
                	
                
                 
                                Psixoloji səbəblər və elmi baxış
 
                                “DroomSap” epilepsiyaya səbəb ola bilər
 
                                Avropada iki yeniyetmə Rusiya üçün casusluq şübhəsi ilə həbs olundu
 
                                Avropada yaşayan türklərin mövsümü rekordu
 
                                Avropada sığınacaq müraciətləri azaldı
 
                                Üç nəfərin mübahisəsində biri xəstəxanalıq olub
 
                                Evdə nə qədər nağd pul saxlamaq lazımdır?
 
                                Avropa yaxın gələcəkdə özünü müdafiə edə bilməyəcək
 
                                CDU-dan sosial yardım açıqlaması
 
                                Elm adamları xəbərdarlıq edir – siqaret və spirt qədər təhlükəlidir
 
                                Şəhər isti hava dalğaların ilə qitənin ən ölümcül paytaxtı oldu
 
                                Sovet rejiminin qaçılmaz sonunu gətirən və 22 il dözülən istibdad
 
                                Ölkədə biotəhlükəsizlik həyəcanı verildi
 
                                Sosiskada donuz, dönərdə eşşək əti
 
                                Fransanın ən ucuz kababçısı bağlandı
 
                                Cəriməsi 50 min avrodur
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində (NRW) fast-food və restoran bizneslərində aparılan yoxlamalarda təəccüblü nəticə üzə çıxıb. “NRW” İstehlakçıların Hüquqlarının Müdafiəsi Nazirliyi tərəfindən 2024-cü ilin payızından etibarən aparılan yoxlamalarda, bazarda olan hər üç dönərdən birinin texniki cəhətdən “dönər kababı” anlayışına uyğun gəlmədiyi müəyyən edilib. Bu məhsullar yalnız “dönərə bənzər şişlər” kimi təsnif edilə bilər.
Nazirliyin açıqlamasında bildirilir ki, 1250 məqsədyönlü yoxlama aparılıb və 428 halda dönər kimi satılan məhsulların tərkibinin qanuni tərifə uyğun gəlmədiyi müəyyən edilib.
Açıqlamada vurğulanıb ki, sözügedən məhsulların görünüşü və dadı baxımından dönərə bənzəməsinə baxmayaraq, məzmunu qanuni standartlardan kənara çıxıb. Bu vəziyyətin birbaşa sağlamlıq riski olmadığı, lakin istehlakçıların çaşdırılmasının qəbuledilməz olduğu bildirilib.
Bəzi müəssisələrin xərcləri azaltmaq üçün ət əvəzinə daha çox qiymə və əlavələrdən istifadə edərək keyfiyyətsiz qarışıqlara üz tutduqları bildirilib. Bildirilib ki, “dönər kabab tərzi” kimi ifadələr istehlakçıları da çaşdıra biləcəyi üçün qanuni olaraq istifadə edilə bilməz.
İstehlakçıların Hüquqlarının Müdafiəsi Nazirliyi qeyd edib ki, bu cür təcrübələrə qarşı daha sərt yoxlamalar və etiketləmə qaydaları ilə mübarizə aparılacaq.
***
Alman Qida Kodeksinə görə, bir məhsulun “dönər kabab” kimi satıla bilməsi üçün o, aşağıdakı meyarlara cavab verməlidir:
Dönər incə dilimlənmiş ətdən (məsələn, mal, quzu, qoyun əti) ibarət olmalı və şaquli dönər şişinə qoyulmalıdır.
Məhsulda qiymə ət istifadə edilə bilər, lakin nisbət 60% -ə qədər ola bilər. Qalan hissə ən azı 40% kəsilmiş ət dilimləri olmalıdır.
Əti duz, ədviyyat, qatıq, yağ, soğan və yumurta kimi inqrediyentlərlə marinasiya etmək olar.
Bu nisbətlər keçdikdə (məsələn, 60%-dən çoxu qiymə, toyuq, çörək qırıntıları və ya soya proteini kimi inqrediyentlərdən ibarət olduqda) məhsul artıq “dönər” adlandırılmır. Əvəzində “çörəkli mal əti” və ya “toyuq dönərinə bənzər məhsul” kimi daha açıqlayıcı terminlərdən istifadə edilməlidir.