Vladiqafqazda güclü partlayış
Şəhərin mərkəzində qalın tüstü buludu yaranıb
10:07 | 28 avqust 2025 | Cümə axşamı
Məqaləyə 371 dəfə baxılıb
Şriftin ölçüsü
Şəhərin mərkəzində qalın tüstü buludu yaranıb
Azərbaycanlı əsilli biznesmen Rusiya kinostudiyasını satın aldı
Putin Pasxa bayramına görə döyüşlərə fasilə verdi
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Tramp-Rutte zirvə görüşündə NATO böhranı
Aİİ Azərbaycan məhsuluna tətbiq edilən rüsumların müddətini uzatdı
Gündə milyon barel ixrac edən əsas neft limanlarından birində böyük dağıntı
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
“İlk öncə daxili bazarda sabitlik təmin ediləcək, xarici tələbat ikinci planda qalacaq”
Gömrük işçiləri mədəni dəyər daşıyan antik əşyanın aparılmasına imkan vermədi
25 milyard dollarlıq hərbi tədarük planı təsdiqləndi
“Blokadanızı donanmamızla yararıq”
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
NATO üzvü İngiltərə qarşıdakı iyirmi il ərzində Rusiyadan qaynaqlanan müxtəlif raket təhdidləri ilə üz-üzə qalacaq. Avropa hava müdafiəsindəki böyük boşluqları aradan qaldırmaq üçün tələsik silahlanma proqramına başlanarkən, Londonda yerləşən düşüncə mərkəzi “Royal United Services Institute” (RUSI) tərəfindən dərc ediləcək yeni hesabat, İngiltərəni xüsusilə hərbi obyektlərini daha güclü şəkildə qorumağa məcbur edəcəyini vurğulayır.
NATO-nun hava müdafiəsi yetərsizdir
Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğal cəhdindən bəri, Qərb müdafiə sistemlərinin aşkar etməsinin “çox çətin və ya mümkün olmadığı” iddia edilən yeni Rusiya silahları meydana çıxıb.
Lakin NATO-nun mövcud hava müdafiə şəbəkəsi ciddi şəkildə zəifdir. 2024-cü ilin may ayında “Financial Times”ın yaydığı məlumata görə, NATO-nun şərq və Mərkəzi Avropa üzvlərini tammiqyaslı hücumdan qorumaq üçün lazım olan hava müdafiəsinin yalnız 5%-i mövcuddur.
Bir Çexiya müdafiə rəsmisi “Newsweek”ə bildirib: “Yaxın gələcəkdə Avropa, Rusiyadan gələcək bir hücuma qarşı özünü müdafiə edə bilməyəcək”.
Rus təhdidi illər içində dəyişəcək
Hesabatın müəllifi, RUSI-nin aparıcı tədqiqatçısı Sidhart Kauşal (Sidharth Kaushal) bildirir ki, Rusiyadan gələcək təhdidlər dövrlərə görə dəyişəcək.
İngiltərə üçün ən böyük təhlükə Rusiya səyyar raketləri olacaq. Orta müddətdə isə Rusiya eksperimental ballistik raketlər və hipersonik silahları ön plana çıxacaq.
2024-cü ilin noyabrında Moskva “Oreşnik” adlı yeni orta mənzilli ballistik raketini Ukraynada ilk dəfə istifadə edib.
Kremlin həmçinin 2018-ci ildə Vladimir Putin tərəfindən “gələcəyin silahları” olaraq təqdim edilən “Kinzhal” və “Zircon” hipersonik raketlərini də sahəyə çıxarıb.
RUSI hesabatı bildirir ki, İngiltərə qısa müddətdə hərbi obyektlərini səyyar raketlərdən qorumağa fokuslanmalı, 2030-cu illərin ortalarından etibarən isə ballistik və hipersonik təhdidlərə hazırlaşması qaçılmaz olacaq.
Sımulyasiyalar narahatlıq yaradır
İngilis ordusu, Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı həyata keçirdiyi ilk hücum dalğalarını əsas götürərək, öz ərazilərinə mümkün hücumları simulyasiya edib.
Aprel ayında təqaüdə çıxan rəsmilərdən Blayt Kroford (Blythe Crawford) nəticələri “çox ümidverici deyil” sözləri ilə şərh edib və bəzi raketlərin simulyasiya edilmiş İngiltərə hava müdafiəsini aşa bildiyini təsdiqləyib.
Mütəxəssislərin fikrincə, heç bir hava müdafiə sistemi yüksək həcmli raket hücumlarını tam əngəlləyə bilməsə də, müxtəlif qatlardan ibarət müdafiə sistemləri təhdidi mümkün qədər azaltmağa çalışır.