vaxtlı-vaxtında oxuyun! Bazar, 22 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
SAĞLAMLIQ  
Qida zəhərlənməsinə səbəb ola bilər 19:15 | 21 iyun 2025 | Şənbə Məqaləyə 18 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qida zəhərlənməsinə səbəb ola bilər

Kənardan sifariş etməməli olduğunuz 4 qida

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

İstifadə etdiyiniz hər bir qida sağlamlığınıza birbaşa təsir edir. Bəzi qidalar var, xüsusən də kənarda – restoranlarda, yaxud kafelərdə istehlak edildikdə, qida zəhərlənməsinə səbəb ola bilər və ölümcül ola bilər.

ABŞ-da işləyən doktor Kristin Adaez Nvoha evdən kənarda heç vaxt yemədiyi dörd yüksək riskli qidanı açıqlayıb. Doktor Nvoha xəbərdarlıq edib ki, dəbdəbəli hesab edilən bəzi qidalar ciddi qida zəhərlənməsinə səbəb ola bilər.

“Daily Mail”də yer alan xəbərə görə; E. coli, salmonella və norovirus kimi bakteriyalar hər il dünya üzrə 420 mindən çox insanın ölümünə səbəb olduğu halda, təkcə 2023-cü ildə İngiltərədə təxminən 2,4 milyon insan qida yoluxucu xəstəliklərdən əziyyət çəkib. Mütəxəssislərin fikrincə, heyvan mənşəli məhsullar və çiy tərəvəzlər riski yüksək olan qidalar sırasındadır.

Doktor Nvoha “İnstagram”da paylaşdığı və yarım milyon dəfədən çox baxılan videosunda limon dilimləri, dəniz məhsulları, buz parçaları və az bişmiş ətin gigiyena qaydalarına riayət edilməməsi səbəbindən sağlamlıq üçün ciddi risklər yaratdığını bildirib.

Nvohanın sözlərinə görə, restoranlarda içkilərə əlavə edilən sitrus dilimləri adətən qeyri-gigiyenik şəraitdə hazırlanır. “Bu meyvələr bəzən yerə düşür, təpiklənir, tullanır və sonra yenidən istifadə olunur”, – deyən həkim buz maşınlarının çox vaxt lazımi qədər təmizlənmədiyini də vurğulayıb.

Bakteriyaların donma zamanı belə yaşaya bildiyinə diqqət çəkən mütəxəssis, əllərini yumayan personalın buzla təmasda olması ilə çirklənmə riskinin artdığını bildirib.

***

Doktor Nvoha deyir ki, o, heç vaxt çöldə az bişmiş ət yemir. Bifşteks xarici səthdən bişirildiyi üçün bakteriyalar öldürülə bildiyi halda, qiymə istifadə edilən burgerlərdə mikroblar tamamilə ətə yayıla bilər. Nvoha, bu vəziyyətin ciddi xəstəliklərə səbəb ola biləcəyi barədə xəbərdarlıq edərək, “Burger az bişmişsə, içərisində hələ də canlı bakteriyalar ola bilər”, – deyib.

Çiy istridyə siyahıdakı ən təhlükəli qidalardan biridir. Yoldaşının çirklənmiş istridyə səbəbiylə aylarla xəstəxanada qaldığını deyən Nvoha, bu yeməkdə “Vibrio vulnificus” adlı ölümcül bakteriya ola biləcəyini xatırladır. Bu bakteriya, xüsusilə immun sistemi zəif olan insanlarda sepsisə və ölümə səbəb ola biləcək ağırlaşmalara səbəb ola bilər.

Norovirus, ensefalit, meningit kimi ciddi infeksiyalara da səbəb ola bilən istridyələrin hətta sağlam fərdlər üçün də riskli olduğunu vurğulayan ekspert, xüsusilə hamilə qadınların və xroniki xəstəlikləri olanların bu qidadan uzaq durmalı olduğunu bildirib.

Doktor Nvohanın açıqlamaları Böyük bağırsaq xərçənginə səbəb olduğu düşünülən yeni E. coli ştamının yayılması ilə bağlı narahatlıqların artdığı bir vaxta təsadüf edir. Son yeddi ildə “STEC” adlanan bu ölümcül ştamma yoluxma halları təxminən 10 dəfə artıb.

Elm adamları 40 yaşdan aşağı insanlarda bağırsaq xərçəngi hallarının artmasının bu ştammın yaratdığı “kolibaktin” adlı toksinlə əlaqəli ola biləcəyini düşünürlər.

Keçən il İngiltərədə 280-dən çox insanın ölümünə səbəb olan STEC epidemiyasının çirklənmiş kahı yarpaqları olan hazır sendviçlərlə əlaqəli olduğu açıqlandı.