vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 4 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
SAĞLAMLIQ  
Ürək xəstəliyi riskini azaldan pəhriz 12:44 | 2 iyun 2025 | Bazar ertəsi Məqaləyə 140 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ürək xəstəliyi riskini azaldan pəhriz

“Əsas nə qədər yemək deyil, nə yeməkdir”

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Ürək xəstəlikləri bütün dünyada çox geniş yayılıb. Ürək xəstəlikləri riskini azaltmaq üçün qidalanmaya xüsusi diqqət yetirmək lazımdır. Mütəxəssislər ürək sağlamlığı üçün “Nə yediyiniz nə qədər yediyinizdən daha vacibdir” deyirlər. Xəstəlik dünyada ən çox görülən ölüm səbəblərindən biri olmağa davam etsə də, Harvard Universitetində aparılan diqqətəlayiq bir araşdırma ürək sağlamlığı ilə qidalanma arasındakı əlaqəyə dair əsaslı nəticələr ortaya qoyub. Təxminən 200.000 insanı illərdir izləyən araşdırmaya görə, qida keyfiyyəti ürək sağlamlığında yağ və ya karbohidratları kəsməkdən daha əhəmiyyətli rol oynayır.

“NUTRITION 2025” konqresində təqdim edilən araşdırma göstərdi ki, taxıllar, meyvələr, tərəvəzlər, paxlalılar və qoz-fındıq kimi sağlam qidaları ehtiva edən pəhrizlər ürək-damar xəstəliyi riskini əhəmiyyətli dərəcədə azaldır. Tədqiqatın müəlliflərindən biri olan Harvard T. H. Çan İctimai Sağlamlıq Məktəbindən doktor Jiyuan Vu, “Onun az karbohidratlı və ya az yağlı olması fərq etməz; vacib olan bu pəhrizlərin keyfiyyətli qidalardan ibarət olmasıdır”, – deyib.

Tədqiqat üç böyük uzunmüddətli tədqiqatın məlumatlarını təhlil edib. 1986-cı ildən bəri həyata keçirilən Sağlamlıq Peşəkarlarının İzləmə Araşdırması, Tibb bacılarının Sağlamlıq Tədqiqatı və Tibb bacılarının Sağlamlıq Tədqiqi ilə ümumilikdə 200.000-ə yaxın insan müayinə olunub. İştirakçıların yemək vərdişləri illər boyu sorğularla izlənilib və pəhrizlərin metabolik təsirləri də 200.000-dən çox adamın qan dəyərləri analiz edilərək qiymətləndirilib.

Nəticələr aydın idi: Sağlam qidalara üstünlük verənlərin ürək xəstəliyinə tutulma riski qeyri-sağlam alternativlərə üz tutanlara nisbətən 15 faiz az idi. Sağlam olmayan versiyalar, yəni emal edilmiş ət, zərif taxıl, şəkər və doymuş yağ yeyənlər daha yüksək risk qrupunda idi.

“Qida keyfiyyətinin yaxşılaşdırılması ürək sağlamlığını qorumağın ən təsirli yollarından biridir. Bitki əsaslı, işlənməmiş qidalara keçid və şəkərli və təmizlənmiş məhsulların azaldılması böyük fərq yaradır”.

***

Tədqiqatçılar işlənmiş qidalardan və əlavə şəkərlərdən uzaq durmağı, taxıl, tərəvəz, meyvə, qoz-fındıq və paxlalıların istehlakını artırmağı tövsiyə edir. Mütəxəssislər həmçinin meyvə şirələri də daxil olmaqla gizli şəkər mənbələrindən və alış-veriş zamanı qida etiketlərini diqqətlə oxumaqla bağlı xəbərdarlıq edirlər.