
Süni intellekt ilk dəfə naziri oldu
“Diella” Albaniyada tenderləri nəzarətdə saxlayacaq
“Diella” Albaniyada tenderləri nəzarətdə saxlayacaq
“Oracle”ın bulud infrastrukturu “OpenAI” əməliyyatlarını dəstəkləyəcək
“K2 Think”in yaradıcıları modelin ən yaxşılardan olduğuna iddia edir
Süni intellekt əsas şərtləri sadaladı
Avropanın süni intellekt nəhənginə 1,3 milyard avroluq investisiya
Süni intellekt söhbət robotları ilə bağlı araşdırma
Ekspertlərdən super intellekt xəbərdarlığı
Ultra zənginlərin yeni hobbisi
“NVIDIA” haqqında az məlum faktlar və dərin təhlil
Əvvəlki nəsildən 7,5 dəfə sürətli çipin qiyməti 3500 dollardır
Süni intellektin ələ keçirə biləcəyi ixtisaslar müəyyənləşdirildi
Çin süni intellekt sahəsində rəqabətə qarşı xəbərdarlıq etdi
“ChatGPT” ilə bağlı ilk sənədlənmiş cinayət
Avropa ən çox təsirlənən bölgələrdən biridir
Almaniya polisi təhlükəsizlik kameralarında süni intellekt tətbiqinə başladı
“Google”un rezervasiya edən süni intellekti sınaqdan keçirilir
Onun yeganə məqsədi daha sağlam qidalanmaq idi. Duz istehlakını azaltmaq üçün “ChatGPT”yə müraciət edən 60 yaşlı kişi, söhbət süni intellektinin məsləhəti ilə həyatının ən böyük səhvini etdi. Duz əvəzinə istifadə etdiyi maddənin əslində zəhərli kimyəvi maddə olduğunu bilmədən, qısa müddətdə ağır psixiatrik simptomlar göstərməyə başlayaraq özünü xəstəxanada tapdı.
“ChatGPT”nin son “resepti” bir kişini xəstəxanalıq etdi. Amerika Tibb Assosiasiyası Jurnalında (JAMA) dərc olunan hadisəyə görə, 60 yaşlı kişi süni intellektin duz əvəzinə tövsiyə etdiyi maddədən istifadə etməyə başladı. Bu təhlükəli məsləhət onun ağır zəhərlənmə keçirməsinə səbəb oldu.
Süni intellektin həyatın hər sahəsinə daxil olması ilə ortaya çıxan risklər, ABŞ-da baş verən şok tibbi hadisə ilə bir daha üzə çıxdı.
JAMA-da dərc olunan hesabatda bildirilir ki, 60 yaşlı kişi “ChatGPT”dən aldığı pəhriz məsləhətini tətbiq etdikdən sonra zəhərlənərək psixiatriya klinikasına yerləşdirilib.
Hər şey, 60 yaşlı kişinin ürək çatışmazlığı və yüksək qan təzyiqi kimi risklərdən qaçmaq üçün duz (natrium xlorid) istehlakını azaltmaq qərarı ilə başladı.
Hesabata görə, keçmişdəki qidalanma təlimlərindən ilham alan kişi süfrə duzuna alternativ tapmaq üçün süni intellekt söhbət robotu “ChatGPT”yə müraciət edib.
“ChatGPT”nin yönləndirməsi ilə o, duzu natrium bromidlə əvəz etməyə qərar verib və bu maddəni internet üzərindən alıb. Ancaq diqqətindən qaçan həyati bir məqam var idi: natrium bromid qida maddəsi deyil, üzgüçülük hovuzları və cakuzi vannalarında dezinfektant kimi istifadə olunan, eyni zamanda sakitləşdirici və yuxu dərmanı kimi də təyin oluna bilən toksik kimyəvi maddədir.
Halüsinasiyalar və paranoya ilə xəstəxanaya yerləşdirildi
Yeni pəhrizinə başlayan kişi qısa müddətdə ciddi sağlamlıq problemləri yaşamağa başladı. Eşitmə və görmə halüsinasiyaları görür, qonşusunun onu zəhərləməyə çalışdığı kimi paranoyak düşüncələrə qapılırdı.
Üzündə yaralar (angiomlar) və səpkilər əmələ gəlmiş, həddindən artıq susamasına baxmayaraq, su içməkdən qorxurmuş.
Psixiatriya şöbəsinə yerləşdirildikdə aparılan qan testləri orqanizmindəki ion səviyyələrinin anormal dərəcədə aşağı olduğunu göstərdi. Həkimlər xəstənin “bromizm” adlanan, brom duzlarından qaynaqlanan və ciddi dəri və psixiatrik problemlərə yol aça bilən kimyəvi zəhərlənmə yaşadığını müəyyən etdilər.
Xəstəxanada üç həftə ərzində su və elektrolit müalicəsi alan xəstənin qan göstəriciləri normallaşdı və zamanla psixiatrik simptomları da aradan qalxdı.
Tamamilə sağaldıqdan sonra evə buraxılan xəstənin vəziyyətinin hazırda yaxşı olduğu bildirildi.
Bu hadisə, süni intellekt söhbət robotlarının təqdim etdiyi məlumatların doğruluğunun yoxlanılmasının vacibliyini və xüsusilə səhiyyə kimi kritik mövzularda mütləq mütəxəssisə müraciət edilməsinin gərəkdiyini göstərən ciddi xəbərdarlıqdır.