Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
16:40 | 13 avqust 2025 | Çərşənbə
Məqaləyə 475 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiya və ABŞ prezidentlərinin görüşünə iki gün qalmış “Financial Times” qəzeti Avropa müdafiə sənayesinin rekord sürətlə genişləndiyi haqqında məlumat yayıb. Qəzet yazır ki, Avropanın silah fabrikləri Ukraynadakı münaqişədən əvvəl üç dəfə sürətlə genişlənir, hazırda 7 milyon kvadratmetrdən çox ərazini əhatə edir və bu, tarixi miqyasda yenidən silahlanmaya işarə edir.
Avropa Birliyi (AB) hərbi sənayeni maliyyələşdirmək üçün yeni proqramlara başlayır. Bu o deməkdir ki, hərbi sənaye qitənin iqtisadi və siyasi həyatının əsas hərəkətverici qüvvələrindən birinə çevrilir. Əvvəllər ikinci dərəcəli fiqur olan hərbi sənaye lobbiçiləri, istehsalçılar və siyasətçilər indi gündəliyi müəyyənləşdirirlər. Avropa fərdi silahların istehsalından raketlər, hava hücumundan müdafiə və pilotsuz uçuş aparatları da daxil olmaqla yeni silah sistemlərinin yaradılmasına doğru gedir. Bu, diqqətin ənənəvi yerüstü müharibədən asimmetrik və yüksək texnologiyalı müharibə üsullarına keçidini göstərir. Avropanın və digər böyük dövlətlərin sürətlə yenidən silahlanması çox güman ki, sabitliyə deyil, gərginliyin artmasına gətirib çıxaracaq. Hərbi güc artıqca bəzi ölkələri daha aqressiv xarici siyasətə üstünlük verə bilərlər. Bu isə yeni müharibələrin başlaması riskini artırır. Həmçinin, inkişaf etmiş hərbi-sənaye kompleksinə malik ölkələr (Almaniya, Fransa) AB-nin ümumi siyasətinin formalaşmasında getdikcə daha mühüm rol oynayacaqlar. Bütün bunlar deməyə əsas verir ki, Avropa elitasının dünyagörüşünün əsaslı dəyişir. Yeni dövr artıq başlayıb və klassik geosiyasət yenə ön plana çıxıb. Hərbi güc yenə əsas xarici siyasət alətinə çevriləcək. Birinci və İkinci Dünya müharibələri ərəfəsində vəziyyət çox oxşar idi. Hərbi sənaye güclü inkişaf edirdi, aparıcı ölkələrin elitaları isə güc mövqeyindən danışmağaı öyrənmişdilər. Tək elə İkinci Dünya müharibəsində həlak olanların sayı 50 milyondan çox oldu. Bu müharibə tarixdə ən çox insan tələfatı ilə nəticələnən müharibədir. Tarixçilərin hesablamalarına görə, 35 milyondan 70 milyona qədər insan həlak oldu. Ruslar yatan Avropanı oyatmaqla dünyanı fəlakətə sürükləyirlər, Fransadan yenidən Napoleon, İtaliyadan Mussolini çıxa bilər, həmçinin Alman orduları Şərqə üz tuta bilər…