
“Fibremaxxing” – yeni çılğınlıq
Mütəxəssislər xəbərdarlıq edir
Mütəxəssislər xəbərdarlıq edir
5 ayda 23 milyarddan çox xərclənib
Arıqlama həbləri istifadə edən qadınlar üçün xəbərdarlıq
22 yaşlı qadının bədənindəki dəyişikliyi görənlər buna inana bilmədi
Dietoloqdan 5 məsləhət: “Piyləri əridir, qarnı düz edir!”
30 yaşında etməli olduğunuz 4 vərdiş ...
Hazırda yüksək kalorili qidalardan yan keçmək çətindir
Yeməklərinə bu yağdan əlavə edənlər 4 həftənin içində arıqlayırmış
Normal çəkini saxlamağın təbii və ziyansız üsulları
Nələrə diqqət etməli?
Sayı qədər dərdə dərman olduğu üçün çoxdənəlidir
Hər gün bir kasa üzüm nəyə xeyirlidir?
Dieta saxlayanların əvəzolunmaz qidası
Hamısına tək dərman var ÇUĞUNDUR
Ultra emal olunmuş qidalar sağlamlığımız üçün zərərli ola bilər. Yeni bir araşdırma, əsl müəyyənedici amilin tərkibin özü, yoxsa qidanın nə qədər emal olunmuş olduğu olduğunu ortaya qoymağa çalışdı.
İngiltərədə aparılan yeni bir araşdırmaya görə, evdə minimal dərəcədə emal olunmuş yeməklər hazırlayan insanlar, hazır və ultra emal olunmuş qidalarla qidalananlarla müqayisədə — bu qidalar sağlam olsa belə — daha çox arıqlayır.
Qida mütəxəssisləri uzun zamandır dünya üzrə hər səkkiz nəfərdən birini təsir edən piylənmə böhranının əsas səbəblərindən biri kimi ultra emal olunmuş qidalara diqqət çəkir.
Bu cür qidalar adətən yüksək miqdarda doymuş yağ, şəkər və duz ehtiva edir; misal olaraq çipslər, dondurulmuş yeməklər və emal olunmuş ətlər göstərilə bilər. Lakin kəpəkli dilimlənmiş çörək və konservləşdirilmiş quru lobya kimi əsas qidalar da bu kateqoriyaya daxildir. Bu səbəbdən ultra emal olunmuş qidalar həmişə sağlamlığa zərərli sayılmır.
Bu vəziyyət, sağlamlığımız baxımından əsas müəyyənedici faktorun tərkibmi, yoxsa emal prosesi mi olduğu sualını gündəmə gətirərək mübahisələrə səbəb olur.
“Nature Medicine” jurnalında dərc olunan son araşdırma, minimal dərəcədə emal olunmuş qidaların arıqlamaq baxımından daha təsirli olduğunu, lakin ultra emal olunmuş qidalardan ibarət diyetlərin də qidalanma qaydalarına uyğun hazırlandığı təqdirdə sağlam ola biləcəyini ortaya qoyur.
İngilis Ürək Fondunun qidalanma üzrə məsul şəxsi Treysi Parker, “Ultra emal olunmuş qidaları diyetimizdən tamamilə çıxarmaq çoxumuz üçün real deyil”, – deyərək, araşdırmada iştirak etməməsinə baxmayaraq, məsələ ilə bağlı dəyərləndirmə verib: “Lakin balanslı bir qidalanma rejiminə əlavə olaraq təzə və ya evdə hazırlanmış yeməklər kimi daha az emal olunmuş qidaların seçilməsi əlavə faydalar verə bilər”.
Araşdırmanın nəticələri
Tapıntılar, İngiltərədə 55 yetkinin iştirak etdiyi kiçikmiqyaslı klinik araşdırmaya əsaslanır. Tədqiqata qatılanların çoxu araşdırmadan əvvəl əsasən ultra emal olunmuş qidalarla qidalanırdı və onların orta bədən kütləsi indeksi (BMI) təxminən 33 idi – bu da piylənmə kateqoriyasına aiddir.
Sınaqda iştirakçılar iki qrupa bölündü. Bir qrup evdə hazırlanmış bolonez spagetti və ya yulaf kimi minimal dərəcədə emal olunmuş qidalardan ibarət bir diyetə əməl edərkən; digər qrup yalnız hazır lazanya və ya səhər yeməyi üçün dənli məhsullar kimi ultra emal olunmuş qidalarla qidalanırdı. Dörd həftəlik müddətdən sonra qruplar yer dəyişdirərək səkkiz həftə də digər diyetlə qidalandı.
Hər iki diyetin də İngiltərənin doymuş yağ, protein, karbohidrat, duz və lif səviyyələrinə dair sağlamlıq tövsiyələrinə və meyvə-tərəvəz istehlakı təlimatlarına uyğun planlandığı vurğulandı. Diyetlər arasındakı yeganə fərq, yeməklərin işlənmə dərəcəsi idi.
Araşdırmanın sonunda hər iki qrup da arıqladı — lakin minimum dərəcədə emal olunmuş diyet tətbiq edildikdə arıqlama təxminən iki dəfə daha çox oldu. Bu diyetə əməl edənlər bədən çəkilərinin orta hesabla 2 faizini itirərkən, ultra emal olunmuş diyetlə qidalananlarda bu göstərici 1 faizdə qaldı.
“University College London”da araşdırmaya töhfə verən Samuel Diken deyib: “2 faizlik bir azalma çox böyük görünməyə bilər, lakin bu, cəmi səkkiz həftədə və şəxslərin kalori qəbulunu qəsdən məhdudlaşdırmadığı bir müddətdə baş verdi. Zaman keçdikcə bu fərq daha da aydınlaşacaq”.
Tədqiqatçılar bir il ərzində eyni diyetlərin tətbiq olunacağı təqdirdə, minimal emal olunmuş qidalarla qidalanan kişilərin bədən çəkilərinin orta hesabla 13 faizini, ultra emal olunmuş qidalarla qidalananların isə 4 faizini itirə biləcəyini təxmin edirlər. Qadınlar üçün bu göstəricilər sırasıyla 9 və 4 faiz olaraq proqnozlaşdırılır.
Diyet fərqləri
Tədqiqatçılar, yağ kütləsi və bədən suyundakı azalmalar sayəsində minimal emal olunmuş diyeti tətbiq edənlərin daha çox arıqlama meylində olduğunu və bunun daha sağlam bədən quruluşuna işarə etdiyini deyiblər.
Həmçinin minimal emal olunmuş diyeti tətbiq edənlər daha az yemək istəyi bildirdilər.
Qan təzyiqi, ürək döyüntüsü və qaraciyər funksiyası, qan şəkəri, xolesterin və iltihab göstəriciləri kimi digər sağlamlıq nəticələrinə gəldikdə isə iki diyet arasında böyük fərq müşahidə edilmədi.
Müstəqil mütəxəssislər, insanların ultra emal olunmuş diyetləri tətbiq etdikləri halda da arıqlamağa davam etmələrinin bu qidaların o qədər də zərərli olmadığını göstərdiyini deyirlər.
“Reading” Universitetində qidalanma və qida elmi üzrə professor olan Günter Kuhnl bildirib: “Araşdırmanın ən maraqlı nəticəsi hər iki qrupda da iştirakçıların arıqlamasıdır – bu isə ultra emal olunmuş qidaların çəki artımına səbəb olduğu iddiaları ilə ziddiyyət təşkil edir”.
Araşdırmada iştirak etməyən Kuhnl, tapıntıların “mövcud qidalanma tövsiyələrinə cavab verən bir diyetin – ultra emal olunmuş olsa belə – çəkinin qorunması baxımından zərərli olmadığını göstərdiyini” əlavə edib.
Araşdırmanın hər iki diyeti sınaqdan keçirən cəmi 55 nəfəri əhatə etməsi kimi bəzi məhdudiyyətləri də var.
Müstəqil tədqiqatçılar bildiriblər ki, bədənin yeni qidalanma vərdişlərinə uyğunlaşması vaxt tələb edir, bu səbəbdən ultra emal olunmuş qidaların sağlamlığa tam olaraq necə təsir etdiyini anlamaq üçün daha çox insanla və daha uzunmüddətli araşdırmalar aparmaq lazımdır.
Yenə də tədqiqatçılar nəticələrin qidalandırıcı qidalara çıxışın sağlamlığımız və rifahımız üçün kritik əhəmiyyət daşıdığını göstərən digər araşdırmalarla uyğun olduğunu bildiriblər.
Araşdırmanın müəlliflərindən və University College London-da şirkətlərin insan sağlamlığına necə təsir etdiyini araşdıran bir tədqiqatçı olan Kris van Tulleken, dünya miqyasında piylənmə və zəif sağlamlığın əsas səbəblərindən biri kimi “ucuz, sağlam olmayan qidaların geniş yayılmasını” göstərib.
Sağlam olmayan seçimləri daha az cəlbedici hala gətirmək üçün, məsələn xəbərdarlıq etiketləri, marketinq məhdudiyyətləri və vergilər yolu ilə siyasi tədbir çağırışı edib.
Araşdırmanın “siyasətin diqqətini fərdi məsuliyyətdən piylənmənin ətraf mühit faktorlarına yönəltmək zərurətini vurğuladığını” deyib.