“Danışıqlar masasına qayıdın”
Trampdan İsrail və İrana çağırış
11:27 | 7 may 2026 | Cümə axşamı
Məqaləyə 115 dəfə baxılıb
Şriftin ölçüsü
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Hörmüz boğazında gərginlik yenidən artır
Iran ilə ABŞ arasında pərdəarxası danışıqların getdiyi barədə yayılan məlumatlar bölgədə müharibənin başa çata biləcəyi ilə bağlı ümidləri artırsa da, tərəflərdən gələn ziddiyyətli açıqlamalar qeyri-müəyyənliyi qoruyur.
VAXT.AZ ABŞ mediasına istinadən xəbər verir ki, Donald Tramp bir neçə gün əvvəl İran rejimi ilə müharibəni dayandıracaq razılaşma istiqamətində böyük irəliləyiş əldə olunduğunu bildirmişdi. O həmçinin ABŞ-nin Hörmüz boğazındakı blokadanı yarmaq məqsədilə başladığı “Azadlıq layihəsi” əməliyyatının müvəqqəti dayandırıldığını açıqlamışdı.
Bundan sonra “Axios” nəşri Ağ Ev mənbələrinə istinadən yazıb ki, Vaşinqton və Tehran 14 maddədən ibarət, bir səhifəlik memorandum layihəsi üzrə razılığa yaxınlaşıblar. Məlumata görə, ABŞ yaxın 48 saat ərzində İranın “kritik məsələlər” üzrə cavabını gözləyir və tərəflər müharibə başlayandan bəri ilk dəfə razılaşmaya bu qədər yaxın olublar.
Pakistanlı vasitəçi mənbələr də tərəflərin sənəd üzərində ciddi irəliləyiş əldə etdiyini bildiriblər. İddialara görə, mümkün razılaşma, Hörmüz boğazsı üzərində blokadanın aradan qaldırılmasını, ABŞ sanksiyalarının yumşaldılmasını, İranın nüvə proqramına müəyyən məhdudiyyətlər qoyulmasını nəzərdə tutur.
Hətta “Reuters” agentliyinə danışan pakistanlı rəsmilərdən biri razılaşmanın yekunlaşmasına çox az qalıb açıqlamasını verib.
Lakin Tehrandan gələn bəyanatlar daha sərt olub. İSNA agentliyinə danışan İran Xarici İşlər Nazirliyinin nümayəndəsi ABŞ təkliflərinin araşdırıldığını və cavab veriləcəyini desə də, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rzai Vaşinqtonun təkliflərini Amerikanın arzu siyahısı adlandırıb.
Rzai bildirib ki, ABŞ danışıqlarda əldə edə bilmədiyini müharibə yolu ilə də qazana bilməyəcək. O əlavə edib ki, İran qüvvələri “barmağını tətiyin üstündə saxlayır” və atəşkəs pozularsa, Vaşinqton “peşman edəcək cavabla” üzləşəcək.
İran nümayəndə heyətinin rəhbəri Məhəmməd Bağır Qhalibaf da sosial şəbəkədə paylaşım edərək razılaşmaya yaxın olunduğu barədə xəbərləri ABŞ-nin təbliğat əməliyyatı adlandırıb. Onun sözlərinə görə, Vaşinqton Hörmüz boğazını açmaq planında uğur qazana bilmədiyi üçün informasiya kampaniyasına başlayıb.
Bu arada “NBC News” kanalının yaydığı məlumat vəziyyətin daha mürəkkəb olduğunu göstərib. Kanal iddia edir ki, Trampın “Azadlıq layihəsi” əməliyyatını dayandırmasının əsas səbəbi Səudiyyə Ərəbistanı rəhbərliyinin ABŞ-yə hava məkanından və hərbi bazalardan istifadə icazəsi verməməsi olub.
NBC-nin amerikalı rəsmilərə istinadən yaydığı xəbərə görə, Səudiyyə Ərəbistanı əməliyyat barədə əvvəlcədən məlumatlandırılmadığı üçün Vaşinqtona sərt reaksiya verib. Məlumatda həmçinin Trampın vəziyyəti dəyişmək üçün Məhəmməd bin Salman ilə telefon danışığı apardığı, lakin nəticə əldə edə bilmədiyi qeyd olunur.
Neft bazarları isə danışıqlarla bağlı xəbərləri diqqətlə izləyir. Çünki dünya neft daşımalarının təxminən beşdə biri Hörmüz boğazından keçir və bölgədəki hər hansı dəyişiklik qlobal enerji qiymətlərinə birbaşa təsir göstərir.