vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 7 may 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TURİZM, NƏQLİYYAT  
“İran prosesi uzadaraq vaxt qazanmaq istəyir” 12:16 | 7 may 2026 | Cümə axşamı Məqaləyə 23 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İran prosesi uzadaraq vaxt qazanmaq istəyir”

“WSJ”dən sensassion iddia

İNCİ, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın İran rejiminə təqdim etdiyi təklif çərçivəsi ilə bağlı yeni detalları yayımlanıb.

VAXT.AZ “The Wall Street Journal” (“WSJ”) qəzetinə istinadən xəbər verir ki, Tehran bu şərtləri qəbul edərsə, tərəflər yekun razılaşma üçün 30 günlük danışıqlara başlayacaq.

Məlumata əsasən, Vaşinqton Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinin tam şəkildə sökülməsini və İran ərazisində hər hansı yeraltı nüvə fəaliyyətinin qadağan olunmasını tələb edir.

ABŞ həmçinin uranın zənginləşdirilməsinin 20 il müddətinə dayandırılmasını, bütün zənginləşdirilmiş uran ehtiyatlarının təhvil verilməsini və İranın nüvə proqramı ilə əlaqəli şübhəli məkanlarda məhdudiyyətsiz və dərhal yoxlamalara icazə verilməsini istəyir.

Təklif çərçivəsində İran rejimi Hörmüz boğazını mərhələli şəkildə yenidən açmalıdır. Bununla paralel olaraq ABŞ da dəniz mühasirəsinin bir hissəsini azaltmağa hazırdır. Hörmüz boğazının tam açılması isə yekun razılaşmadan sonra mümkün olacaq.

“WSJ”nin məlumatına görə, sanksiyaların ləğvi yalnız razılaşmanın imzalanmasına deyil, İran rejiminin öhdəlikləri real şəkildə yerinə yetirməsinə bağlı olacaq. Bildirilir ki, bəzi dondurulmuş maliyyə aktivləri ilkin mərhələdə azad edilə bilər.

Qəzet yazır ki, Vaşinqton yalnız uranın zənginləşdirilməsinin dayandırılmasını kifayət hesab etmir. ABŞ administrasiyası İranın nüvə proqramının həm infrastrukturunun, həm də texnoloji imkanlarının tam şəkildə aradan qaldırılmasını istəyir.

“Wall Street Journal” həmçinin xəbərdarlıq edir ki, İran rejimi qeyri-müəyyənlik yaratmaq, prosesi uzatmaq və vaxt qazanmaq yolu ilə beynəlxalq təzyiqləri azaltmağa çalışa bilər. Buna görə də Donald Tramp administrasiyasının sərt mövqe nümayiş etdirməsi vacibdir.