
Tıxaclara qarşı tədbirlər planı
Yeni Dövlət Proqramı Bakıda sıxlığı azaldacaqmı?
Yeni Dövlət Proqramı Bakıda sıxlığı azaldacaqmı?
Hansı daha sərfəlidir – iş saatların dəyişdirilməsi, yoxsa təhsil ocaqlarının köçürülməsi?
Ölkəyə daha çox köhnə dizel avtomobilləri gətirilir
54 km-lik tramvay xətti, istirahət zonasına çevrilmiş Böyükşor gölü
Bakıda görünməmiş tıxac yarandı
Bakının ən böyük prospektlərindən biri bağlandı
ABŞ-da 2-yə 3, Avropada 2-yə 1, Azərbaycanda 8 nəfərə 1 avtomobil düşür
Böyük prospektlərdə nəhəng tıxaclar var
İcra başçısı Gəncəyə tramvay xətti və velosiped yolu çəkdirir
Bakı-Quba-Rusiya sərhədi magistralında hərəkət dayandırılıb
Rəsulzadə, Biləcəri qəsəbələri, 7 və 8-ci mikrorayonlarda tıxacdır
“Nə qədər ki yüksək tarif qoyulacaq, problem də həll olunmayacaq”
Bakının küçə və prospektlərində günün istənilən saatında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Problemin həlli üçün alternativ sərnişindaşıma xidmətlərinə ehtiyac yaranıb.
Paytaxt sakinlərinin bir çoxu əvvəllər paytaxtda fəaliyyət göstərən tramvay xətlərinin bərpasının sərnişin sıxlığını azaldacağını düşünürlər.
Məsələ ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, tramvay xətlərinin bərpasına başlanılmalı və marşrutlar mərhələli şəkildə qurulmalıdır.
“Tramvay yüngülrelsli dəmiryolu sistemidir. Bu, şəhər daxilində ən effektiv sərnişindaşıma vasitəsidir. Nəzərə alsaq ki, metro stansiyalarının tikintisi baha və gec başa gəlir. Bu baxımdan tramvay sərnişin daşınmasının yükünü üzərinə götürə bilər. Bu həm də paytaxtda olan tıxacların aradan qaldırılmasına da kömək edəcək. 1980-ci ilə qədər Bakı tramvay şəbəkəsinin ümumi uzunluğu təxminən 70 km idi. 2004-cü ildə tramvay şəbəkəsinin sonuncu xətti də bağlandı və söküldü. Biz bu gün həmin qərarın çətinliklərini yaşayırıq. Bakının Baş Planında tramvay xətlərinin bərpası nəzərdə tutulub. Bu xətlərin gec olmadan bərpasına başlanılsa, yaxşı olar. Bakıda əvvəl bu nəqliyyat vasitəsi olub və yenidən yaratmaq deyil, bərpa etmək lazımdır. Bunlar hamısı bərpa olunmalı və bir-biri ilə keçidlərlə təmin edilməlidir”, – deyə o qeyd edib. (Trend.az)