
Hər yüz uşaqdan biri
Hamiləlikdə keçirilən qrip körpənin ürəyinə təsir edir
Hamiləlikdə keçirilən qrip körpənin ürəyinə təsir edir
Milyonçu maliyyəçiyə “işgəncə otağı” ittihamı
Cənubi Koreyada Çoi Mal-ja bəraət aldı
Almaniyada menstruasiya icazəsi müzakirəsi
Günlərinin yarısını su altında keçirən “Haenyeo”lar
Robot analar insan körpələri dünyaya gətirəcək
Başqa qadınla yazışdığı üçün ...
Yaxud Saarland effekti – regional mərkəzə çevrilmək
İtlərin Parkinson xəstəliyini iy ilə ayırd edə bildiyi aşkarlandı
Ən ucuz məhsul ən yüksək qiyməti alıb
Doğulan uşağın cinsiyyəti ananın yaşı və bəzi genetik amillərlə əlaqəli ola bilər
Almaniyada tək yaşayanların sayı sürətlə artır
Aztəminatlı və yaşıllıq olmayan ərazilərdə yaşayanlar üçün risk 2 dəfə çoxdur
Gecə növbəsində işləyən qadınlar risk altındadır
Hamilə qadın küçənin ortasında uşaq dünyaya gətirdi
Berlində qadın qətlləri artmaqdadır
Azərbaycanda 2001-ci ildə dünyaya gələn qadının vətəndaşlığı 24 ildən sonra qeydiyyata alınacaq. Vaxt.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə oktyabrın 16-da Yevlax Rayon Məhkəməsi qətnamə çıxarıb.
Belə ki, məhkəməyə müraciət edən vətəndaş 2001-ci ildə ev şəraitində övladının doğulduğunu, lakin bununla bağlı heç bir quruma məlumat vermədiklərini bildirib. Həmçinin Gülxanım adlı qızının indiyədək heç bir sənədinin olmadığını və təhsil almadığını deyib.
Hazırda isə Gülxanım qeyri-rəsmi şəkildə ailə həyatı qurub və ana olmaq ərəfəsindədir, bu səbəbdən onun bir vətəndaş kimi mövcudluğunun rəsmiləşdirilməsinə ehtiyac yaranıb.
Ərizəçinin qonşusu şahid kimi çıxış edərək həqiqətən də 2001-ci ildə qonşu evdə qız uşağının doğulduğunu və Gülxanım adı ilə yaşadığını söyləyib.
Yevlax Rayon Məhkəməsi ərizənin təmin edilməsi barədə qətnamə çıxarıb. Bu sənəd doğum aktı qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsas kimi təqdim olunub.