
Qadın ərini güllələyib, ...
... basdırdığı yerdə güllər əkib
... basdırdığı yerdə güllər əkib
Ana olacağı ərəfədə hərəkətə keçdi
Hamiləlikdə keçirilən qrip körpənin ürəyinə təsir edir
Milyonçu maliyyəçiyə “işgəncə otağı” ittihamı
Cənubi Koreyada Çoi Mal-ja bəraət aldı
Günlərinin yarısını su altında keçirən “Haenyeo”lar
Robot analar insan körpələri dünyaya gətirəcək
Başqa qadınla yazışdığı üçün ...
İtlərin Parkinson xəstəliyini iy ilə ayırd edə bildiyi aşkarlandı
Ən ucuz məhsul ən yüksək qiyməti alıb
Doğulan uşağın cinsiyyəti ananın yaşı və bəzi genetik amillərlə əlaqəli ola bilər
Almaniyada tək yaşayanların sayı sürətlə artır
Aztəminatlı və yaşıllıq olmayan ərazilərdə yaşayanlar üçün risk 2 dəfə çoxdur
Gecə növbəsində işləyən qadınlar risk altındadır
Hamilə qadın küçənin ortasında uşaq dünyaya gətirdi
Berlində qadın qətlləri artmaqdadır
Ştutqart şəhərində Sol Partiyanın şəhər məclisindəki “SÖS Plus” qrupu, qadın çalışanlara diqqət çəkən bir təklif – ağır menstruasiya (aybaşı) sancıları yaşayan qadınlara hər ay 3 günə qədər ödənişli “menstruasiya icazəsi” verilməsini irəli sürdü.
Bu təşəbbüs, xüsusilə endometriozis kimi xroniki xəstəliklərdən əziyyət çəkən qadınların yaşadıqları çətinlikləri yüngülləşdirməyi hədəfləyir. Təklif edilən pilot tətbiq 2026-cı ilin yanvarında başlayacaq və yalnız həkim rəyi ilə təsdiqlənmiş ağır menstruasiya simptomları yaşayan qadınları əhatə edəcək. Məqsəd, qadınların iş məhsuldarlığını artırmaq və hələ də cəmiyyətdə davam edən fizioloji tabuları aradan qaldırmaqdır.
“SÖS Plus” qrupu vurğulayır ki, adi xəstəlik icazəsi bu hallar üçün kifayət etmir. Qadınların menstruasiyanın ilk günlərində yaşadıqları mədə bulantısı, baş ağrısı, əzələ qıcolmaları və intensiv halsızlıq kimi simptomlar iş fəaliyyətinə ciddi təsir göstərir.
Lakin təklif, şəhərdə qənaət tədbirlərinin gündəmdə olduğu bir dövrdə gəldiyi üçün mühafizəkar partiyalar tərəfindən tənqid olundu. CDU partiyası qeyd etdi ki, menstruasiya icazəsi həm büdcəyə əlavə yük gətirir, həm də ayrı-seçkilik müzakirələrini gücləndirə bilər.
Tənqidçilər, belə bir icazənin qadınları iş bazarında “zəif” göstərə biləcəyinə diqqət çəkir. Digər tərəfdən, dəstəkçilər bu addımın iş yerlərində daha çox bərabərlik təmin edəcəyini və qadın sağlamlığının ciddiyə alınmasına xidmət edəcəyini vurğulayır.