vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 6 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
SAĞLAMLIQ  
Ən yüksək nəticəni “Peanut” göstərib 21:47 | 5 avqust 2025 | Çərşənbə axşamı Məqaləyə 29 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ən yüksək nəticəni “Peanut” göstərib

İtlərin Parkinson xəstəliyini iy ilə ayırd edə bildiyi aşkarlandı

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Yeni bir təcrübədə itlər, Parkinson xəstələrinin dəridəki yağlı ifrazatı olan sebum nümunələrini sağlam şəxslərin nümunələrindən ayıra biləcək şəkildə öyrədildi.

“Golden retriever” cinsindən olan “Bumper” və qara “Labrador retriever” “Peanut”, Parkinson xəstəliyinin özünəməxsus bir qoxuya sahib olduğunu və bu qoxunun xüsusi təlim keçmiş itlər tərəfindən hiss oluna biləcəyini sübut etdi.

Tədqiqatçılara görə bu kəşf, Parkinson xəstəliyinin hələ simptomlar ortaya çıxmadan illər öncə aşkarlanmasına imkan verəcək erkən diaqnostika metodlarının inkişafına ümid ola bilər.

İtlər, Parkinson xəstələrindən götürülmüş sebum (dərinin təbii yağlı ifrazatı) nümunələrini sağlam insanlara aid nümunələrdən ayıra bilmək üçün bir il davam edən xüsusi təlimə cəlb olunub. “Peanut” və “Bumper” bu müddətdə ümumilikdə 205 sebum nümunəsini iyləyərək xəstəliyə məxsus qoxunu öyrəniblər.

Təlimdən sonra aparılan test mərhələsində 40 Parkinson xəstəsinə və 60 sağlam insana aid nümunələrdən istifadə olunub.

“Peanut”, Parkinson xəstələrini 80% dəqiqliklə müəyyən edə bilib, sağlam şəxsləri isə yalnız 2% hallarda səhv tanıyıb.

“Bumper”, xəstəliyi 70% dəqiqliklə aşkarlayıb, sağlam insanları isə 90% düzgün müəyyən edib.

 

Erkən diaqnoz həyati əhəmiyyət daşıyır

 

Tədqiqatın müəlliflərindən biri olan Kler Qest (Claire Guest) “IFL Science”a açıqlamasında bildirib:  “Parkinson xəstəliyi üçün hələlik erkən diaqnoz testi yoxdur. Halbuki simptomlar meydana çıxmadan 20 il əvvəl başlaya bilər. Xəstəliyin vaxtında müəyyənləşdirilməsi onun inkişafını ləngitmək və simptomları azaltmaq baxımından çox önəmlidir”.

Qest həmçinin “Peanut” və “Bumper”in nailiyyətləri ilə qürur duyduqlarını ifadə edərək, “İtlər bir daha sübut etdilər ki, xəstəlikləri yüksək dəqiqliklə aşkarlaya bilirlər”, – deyə əlavə edib.

 

Hər it bacarmır

 

Araşdırma göstərib ki, hər it Parkinson xəstəliyini iylə müəyyən edə bilmir. Əvvəlcə təlimə cəlb edilən 10 itdən yalnız 5-i bu qabiliyyəti nümayiş etdirib, onların da 3-ü təlimi yarımçıq qoyub. Final mərhələsinə sadəcə “Peanut” və “Bumper” çata bilib.

 

İtlər testlərin dəqiqliyini yoxlaya bilər

 

Tədqiqatçılar hesab edir ki, gələcəkdə itlər birbaşa diaqnoz vasitəsi kimi deyil, hazırlanacaq yeni diaqnostik testlərin düzgünlüyünü yoxlamaq və erkən mərhələli analizlərdə dəstəkləyici rol oynamaq üçün istifadə edilə bilər.

Bu araşdırma “Journal of Parkinson’s Disease” adlı elmi jurnalda dərc olunub.