

Sinqə görə, şamanizmə məxsus ayinlər xüsusilə Qərb cəmiyyətlərində getdikcə daha populyarlaşır.
İngiltərə və Uelsdə şamanizmi dini inancı kimi göstərənlərin sayı son 10 ildə onqat artaraq 650-dən 8000-ə çatıb. ABŞ-da isə yüz minlərlə insanın müntəzəm olaraq şamanlara müraciət etdiyi təxmin edilir.
Bu yüksəlişi və şamanizmin əsaslarını Kaliforniya Universitetindən antropoloq Manvir Sinq yeni kitabı “Şamanizm: Əbədi Din” adlı əsərində ətraflı şəkildə araşdırıb.
“Sinq New Scientist”ə verdiyi geniş müsahibədə şamanizmin bugünkü populyarlığı və tarixi inkişafı ilə bağlı fikirlərini bölüşüb.
“100 min illik ümumbəşəri bir tətbiq”
Sinqə görə, şamanizm insanlığın “davranış baxımından müasir” hala gəldiyi ən azı 100 min il əvvələ dayanır. Arxeoloji sübutlara arasında heyvan-insan fiqurlu mağara rəsmləri və bəzəkli məzarlar daxildir. Lakin əsas güclü sübut şamanizmin demək olar ki, hər mədəniyyətdə müstəqil şəkildə meydana çıxmasıdır.
Onun tərifinə görə, şamanizm – bir mütəxəssisin dəyişmiş şüur hallarına keçərək görünməz varlıqlarla təmas qurduğu və şəfa və ya kəhanət kimi xidmətlər göstərdiyi bir praktikadır. Bu dini bir tətbiq sayılırmı sualına isə belə cavab verir: “Şamanizm – ilahi varlıqlarla birbaşa əlaqə yaradaraq bərəkət əldə etməyə yönəlmiş bir cəhddir, bu baxımdan əslində dinin özüdür”.
Sinqə görə, şamanizmin gücü üç əsas psixoloji faktora əsaslanır:
Görünməyən varlıqların hadisələri təsirləndirdiyinə dair intuisiya
Ayin və ritual vasitəsilə qeyri-müəyyənliyə nəzarət etmək istəyi
“Fərqli” olanın xüsusi güclərə malik olduğuna inanma meyli
Trans halı (özündən getmə) bu səbəbdən mərkəzi rol oynayır. Sinq bunu “səhnə performansı” kimi təsvir edir.
“İsa bir şaman idi”
Sinq şamanizmin tarixi izlərini araşdırarkən kifayət qədər mübahisəli bir tezis irəli sürüb. Antropoloq deyir: “İsa yəqin ki, bir şaman idi”.
Bu fikrini isə İsanın görünməz varlıqlarla əlaqəsi, şəfa verməsi və gələcəyi öncədən görməsi kimi xüsusiyyətlərinə əsaslandırır. Qədim Aralıq dənizi bölgəsində şamanik ənənələrin olduqca geniş yayıldığını da xatırladır.
“Üç sahədə fayda verir”
Sinq 10 illik sahə araşdırmalarının nəticəsində şamanik praktikaların üç əsas sahədə fayda verdiyinə inanır:
Plasebo effektini hərəkətə gətirərək ağrını yüngülləşdirmək
Zehni transformasiya ilə zərərli hekayələri dəyişdirmək
Sosial dəstək hissi yaradaraq insanın tək olmadığını göstərmək
Bundan əlavə, şamanik şəfa ayinlərinin – xüsusilə Mentavai adalarında – demək olar ki, festival ab-havasında, şən və sosial bir şəkildə keçdiyini bildirir.
Müasir dövrün şamanları kimlərdir?
Sinqə görə, Qərbdə üç müxtəlif “müasir şaman” tipi var:
Neo-şamanlar: Ənənəvi ritualları müasir dünyada tətbiq edən şəxslər
“Hasar cadugərləri”: Texniki olaraq şaman deyillər, lakin qeyri-müəyyənliyi idarə etmə vədi ilə çalışanlar (məsələn, maliyyə mütəxəssisləri)
Texnoloji CEO-lar: Narkotik istifadəsi, tənhalıq və özünü çarəsizləşdirmə kimi rituallarla özlərini “insanüstü” kimi göstərən liderlər. Bu davranışlar həm öz güclərinə inanmaq, həm də başqalarının gözündə “uzaqgörən vizyoner” obrazı yaratmaq üçün istifadə olunur.
Niyə məhz indi?
Dini praktikaların dünya miqyasında geriləməsi, lakin mənəvi bir şeyə duyulan ehtiyac, Sinqə görə şamanizmin cazibəsini artırır: “Şamanizm çox birbaşa, şəxsi və faydalı bir yanaşma təqdim edir. Qeyri-müəyyənliyin artdığı dövrlərdə insanlar nəzarəti təmin edəcək hər şeyə daha çox yönəlir”.
Antropoloq, dini liderlərin şamanizmi niyə bir təhdid kimi gördüklərini isə belə izah edir: “Şamanlar ilahi olanla birbaşa əlaqə qurur. Bu isə mərkəzləşmiş dini hakimiyyətlərin inhisarını sarsıdır. Onlar yeni təlimlər və yeni şərhlər gətirmə potensialına sahibdirlər”.