vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 18 fevral 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
CƏMİYYƏT  
FHN “Mobil xilasedici”ni niyə yaratmır? 13:33 | 18 fevral 2026 | Çərşənbə Məqaləyə 14 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

FHN “Mobil xilasedici”ni niyə yaratmır?

Nazirliyin İKT komandası sanki ayrı bir reallıqda yaşayır

Osman GÜNDÜZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir neçə gün öncə Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, dövlət xidmətlərində pərakəndəliyə son qoyulmalı, bütün xidmətlər vahid platforma – “myGov” üzərindən təqdim edilməlidir. Qurumlar paralel platforma və mobil tətbiqləri mərhələli şəkildə ləğv etməlidirlər.

Amma bu gün Fövqəladə Hallar Nazirliyi (FHN) yeni “e-FHN” mobil tətbiqinin istifadəyə verildiyini və xidmətlərin məhz oradan göstərilməyə başlandığını elan edir. Təəccüblənməmək mümkün deyil.

Bu yanaşma Prezidentin ortaya qoyduğu vahid rəqəmsal vitrin prinsipinə açıq-aşkar ziddir. Əgər bu praktika davam edərsə, “myGov”un vahid mərkəz rolu formal xarakter daşıyacaq.

Üstəlik, bir qədər axtarış etdikdə bəzi saytlardan bu xəbərin sonradan silindiyi də görünür. Ümid edirəm ki, rəsmi təkzib verilər.

Yeri gəlmişkən, on illərdir yazılmasına və səsləndirilməsinə baxmayaraq, Azərbaycan hələ də “112 Mobil Xilasedici” tipli milli fövqəladə xəbərdarlıq və ilkin yardım resursuna malik deyil. Nəhəng resurslara sahib FHN bu son dərəcə vacib sistemi indiyədək yarada bilməyib.

Hətta xatırlayıram ki, yaxın keçmişdə Azərbaycan vətəndaşlarına zəlzələ xəbərdarlığı mesajını da bir neçə dəfə FHN yox, “Google” göndərmişdi.

İctimai və strateji əhəmiyyət daşıyan bu problemlər həllini gözlədiyi halda, FHN-nin ilin bu vaxtında yeni xidmət tətbiqi təqdim etməsi ciddi suallar doğurur.