vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 7 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
CƏMİYYƏT  
Qadağanı əvvəlcədən öyrənmək ... 15:29 | 7 aprel 2025 | Bazar ertəsi Məqaləyə 17 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qadağanı əvvəlcədən öyrənmək ...

Ölkədən çıxışa STOP qoyulmasını öncədən necə öyrənmək olar?

Osman GÜNDÜZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Mövcud qanunvericiliyə görə 10-dan çox qurum vətəndaşın ölkədən çıxışına qadağa qoya bilər. Yəni vergi borcu olanların, cinayət məsuliyyətinə cəlb edilənlərin, axtarışda olanların və s. ölkədən getmək hüququ aşağıdakı dövlət qurumlarının qərarı ilə məhdudlaşdırıla bilir:

1. Ədliyyə Nazirliyi

2. Daxili İşlər Nazirliyi (DİN)

3. Fövqəladə Hallar Nazirliyi (FHN)

4. Dövlət Vergi Xidməti (DVX)

5. Baş Prokurorluq

6. Dövlət Sərhəd Xidmətinin (DSX)

7. Dövlət Təhlükəsizlik Xidməti (DTX)

8. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

9. Dövlət Gömrük Komitəsi (DGK)

10. Müdafiə Nazirliyi (MN)

11. Xüsusi Kəşfiyyat Xidməti (XKX)

STOP məsələsi həmişə “incə” məsələ olub, diqqət mərkəzində olub və ictimai əhəmiyyət kəsb edib.

Xatırlayıram ki , Milli Məclisin İnsan hüquqları komitəsinin ötən il keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında Ombudsmanın 2024-cü il üzrə məruzəsində də STOP məsələsi öz əksini tapmışdı.

Məruzədə bildirilirdi ki, şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulduğu bəzi hallarda həmin şəxs bu barədə məlumatlı olmur. Belə olduqda şəxs onun barəsində məhdudiyyətin tətbiq edilməsinə dair məlumatı şəxsiyyət vəsiqəsini (ümumvətəndaş pasportunu) dəyişdirdikdə və ya sərhədi keçdikdə əldə etmiş olur. Bununla da onun hüquqları məhdudlaşdırılmış olurdu.

Amma hələ də bu problem öz həllini tapmayıb. Bu tip məlumatları adətən öncədən əldə etmək çox çətin olur. Kimsə xaricə getmək üçün Hava Limanına və ya hansısa sərhəd buraxılış məntəqəsinə yaxınlaşanda məlum olur ki onun ölkədən çıxışına STOP qoyulub.

Yalnızı spesifik bir –iki  məqamla bağlı STOP məsələsi haqqında öncədən məlumatı öyrənmək mümkündür.

DİN və Ədliyyə Nazirliyi bununla bağlı faydalı rəqəmsal imkanlar yaradıblar.

DİN-in E-polis mobil tətbiqində “axtarışda olan borclu fiziki şəxslər və cavabdehlər” haqqında məlumatları, Ədliyyə Nazirliyin e-xidmətlər bölməsindən də “borclunun ölkədən getməsinin müvəqqəti olaraq məhdudlaşdırılması” haqqında məlumatı ANINDA əldə etmək olar.

Digər hallarda tətbiq edilən STOP qadağası haqqında məlumatı qabaqcadan elektron formada əldə etmək mümkün deyil.

Yəni tutaq ki, DGK, yaxun FHN-nin hansısa bir vətəndaşa tətbiq etdiyi STOP qadağasını öncədən öyrənmək imkanları yoxdur.

Düşünürəm ki, “myGov” üzərindən də belə bir ictimai əhəmiyyət kəsb edən məlumatın əldə edilməsi imkanlarının yaradılması məntiqli və doğru olardı.

İlk öncə İRİA əlaqəli qurumlarla, Ədliyyə Nazirliyi və DİN  ilə  birlikdə vətəndaşın artıq rəqəmsal formada olan mövcud STOP məlumatlarını “myGov”dakı şəxsi kabinetinə inteqrasiya etməsi faydalı olardı.

Eyni zamanda İRİA STOP qoymaq səlahiyyəti olan digər əlaqəli qurumlarla birlikdə bu məlumatların da “myGov”dan əldə edilməsi imkanlarını nəzərdən keçirməsi doğru olardı.

Adətən STOP qadağası İAMAS (International Association of Meteorology and Atmospheric Sciences) sistemi vasitəsilə reallaşdırılır. Yaxşı olardı ki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) əlaqəli qurumlarla birlikdə bu tip məlumatların dərhal “myGov”a yönləndirilməsi ilə bağlı qanunvericiliyə təkliflər hazırlasın.

Əlbəttə bəzi hallarda öncədən belə bir məlumatın verilməsi məntiqli olmaya bilər.

Amma istənilən halda vətəndaşa Hava Limanında bu məlumat verilirsə, bu məlumatı elə onun “myGov”dakı şəxsi kabinetinə də öncədən göndərmək olardı.

Ümid edirəm İRİA və digər əlaqəli qurumlar STOP  qadağasının öncədən öyrənilməsi imkanlarını daha effektiv qura biləcəklər.