Atəşkəs nefti ucuzlaşdırdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
15:06 | 7 aprel 2025 | Bazar ertəsi
Məqaləyə 228 dəfə baxılıb
Şriftin ölçüsü
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
Axtarış sistemində linklərin yerini süni intellekt cavabları tutacaq
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
“Microsoft”un Çindəki birgə müəssisəsi “Wicresoft” fəaliyyətini dayandırmaq qərarına gəldi. Təxminən 2000 işçinin ixtisar ediləcəyi addım ABŞ-Çin gərginliyi və Trampın tariflərindən sonra atılıb. “Microsoft”un Çində istifadəçi dəstəyi məsələsi hələ də qeyri-müəyyən olaraq qalır.
Çin media orqanı Caijing tərəfindən yayılan xəbərə görə, “Microsoft”un Çindəki müştərək müəssisəsi “Wicresoft”, çərşənbə axşamından etibarən ölkədəki fəaliyyətini dayandıracaq və bütün işçilərini işdən çıxaracaq. Bu qərar Tramp tarifləri ilə bağlı Asiya bazarında baş verən təlatümdən sonra verilib.
Şirkət fəaliyyətini dayandırdığı üçün təxminən 2000 işçi ixtisar olunacaq. Bildirilir ki, bu addım Microsoft-un “Wicresoft” vasitəsilə Çində satış sonrası dəstək xidmətlərinin göstərilməsini dayandırmaq qərarı ilə bağlıdır.
Sözügedən komanda ölkədə “Microsoft”un xarici texniki dəstək şəbəkəsinin əsas hissəsini təşkil edirdi.
“Caijing”, işdən çıxarılmaların əsasən bu komandanı əhatə edəcəyini bildirdi. “Microsoft”un Çindəki digər əməliyyatları ilə bağlı dəqiq məlumat paylaşılmayıb.
“Wicresoft”un bağlanması “Microsoft”un Çində Windows və Office istifadəçilərinə necə xidmət göstərəcəyi ilə bağlı suallar doğurur. “Windows” və “Microsoft Office” Çində ən çox istifadə edilən proqramlardır.
“Microsoft” ABŞ və Çin arasında artan siyasi və ticarət gərginliyi səbəbindən son illərdə Çin bazarında iştirakını azaldır.
Şirkət 2002-ci ildə Çində ilk birgə müəssisə kimi “Wicresoft”u qurdu. Veb saytına görə, “Wicresoft” ABŞ, Avropa və Yaponiyada da fəaliyyət göstərir və 10 000-dən çox işçisi var.
Microsoft həmçinin bu ilin əvvəlində Şanxayda süni intellekt tədqiqatlarına yönəlmiş laboratoriyasını bağladı.
Çin sosial media platformalarında yayılan ekran görüntüsü “Microsoft”un Çindəki əməliyyatlarını bağladığını göstərir.
“Microsoft” sözçüsü “Reuters”ə bildirib ki, bu iddia həqiqətə uyğun deyil. “Caijing” isə sözügedən məlumatın “Wicresoft”a aid olduğunu bildirib.