vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 11 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
CƏMİYYƏT  
Vətəndaşları ehtiyatlı olmağa vadar edirdi 14:59 | 11 sentyabr 2025 | Cümə axşamı Məqaləyə 115 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vətəndaşları ehtiyatlı olmağa vadar edirdi

Kibercinayətkarlıq statistikası niyə dayandırıldı?

Osman GÜNDÜZ

MÖVZU İLƏ ƏLAQƏLİ

DİN bank kartları ilə bağlı kibercinayətlərin statistikasının açıqlanmasını nə üçün dayandırıb?

Bir zamanlar DİN hər gün bank kartları ilə bağlı kibercinayətlərin statistikasını paylaşırdı. Bu açıqlamalar cəmiyyətin diqqətini çəkir, insanları maarifləndirir, hər kəsi daha ehtiyatlı olmağa vadar edirdi.

DİN bu məlumatları həm özündə toplanan məlumatlardan, həm də banklarla DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi arasında real vaxtda çalışan sistemdən əldə olunan məlumatdan istifadə etməklə paylaşırdı. Yəni qurum mövcud məlumatdan həm də maarifçilik, hesabatlılıq və şəffaflıq üçün çox effektiv şəkildə istifadə edirdi. Media da bu məlumatları ictimailəşdirməklə profilaktika işlərində mühüm rol oynayırdı.

Amma birdən-birə DİN, bu sahədə maariflənmədə mühüm rol oynayan bu açıqlamaları dayandırdı. Belə ictimai əhəmiyyət daşıyan məlumatların paylaşılmasının kəsilməsi olduqca düşündürücü və təəssüf doğurucudur.

Görəsən, nə üçün bu açıqlamalar dayandırılıb?

İddialara görə, bu tip açıqlamaların bankların nüfuzuna kölgə saldığı  bildirilirdi. Xatırlayıram ki, Mərkəzi Bank (AMB) rəhbərliyi ilə bir müddət öncəki görüşdə də bu məsələyə toxunulmuşdu.

O zaman MB nümayəndələri bank kartları ilə bağlı kibercinayətlərin statistikalarının gündəlik deyil, aylıq təqdim olunacağını bəyan etmişdilər.

Lakin hələlik görünən odur ki, DİN-in gündəlik açıqlamaları dayanıb və AMB ilə birgə vəd edilən aylıq statistika da ortada yoxdur.

Nəticədə cəmiyyət, media və vətəndaşlarımız baş verən kibercinayətlərdən xəbərsizdir, bu sahədə tendensiyanı izləyə bilmirlər, nədən ehtiyat etməli olduqlarını bilmirlər və s.

Düşünürəm ki, ictimai əhəmiyyət kəsb edən belə məlumatların gizlədilməsi doğru yanaşma deyil.

Bu məsələyə sadəcə bankların imici prizmasından baxmaq düzgün olmaz. Bu, birbaşa vətəndaşların təhlükəsizlik məsələsidir. Problemin gizlədilməsi çıxış yolu deyil – əksinə, banklar öz təhlükəsizlik sistemlərini gücləndirməli, maarifləndirmə işlərinə daha çox resurs ayırmalıdır.

Ən çox şikayət olunan bankların reytinqini açıqlayan AMB bu tip məlumatları da paylaşmaqdan çəkinməli deyil.

Bu tip məlumatlar ictimai əhəmiyyət kəsb edir, cəmiyyət üçün, ictimai nəzarət üçün olduqca vacibdir.

Ümid edirəm ki, DİN və AMB ən qısa zamanda bu boşluğu aradan qaldıracaq və ictimaiyyəti müntəzəm olaraq real vəziyyətdən xəbərdar edəcəklər.