87 min manatlıq dələduzluq
“Şərikli biznes” oyunu ifşa olundu
15:22 | 15 iyul 2025 | Çərşənbə axşamı
Məqaləyə 1065 dəfə baxılıb
Şriftin ölçüsü
“Şərikli biznes” oyunu ifşa olundu
Azərbaycandan 3 dəfə daha uzaqda yerləşən İndoneziyanın zəvvarları 2 dəfə az ödəyir
Biz nəinki maddi, mənəvi-estetik ehtiyaclarımızı da başqalarından ixrac edirik
Kibercinayətkarlıq statistikası niyə dayandırıldı?
İdarəçilikdə qüsurlar, ədalətsizliklər olanda inqilablar baş verir
Eşq və ilahi yolçuluq simvolu
Dinə abır, həya anlayışı müqəddəs mətnlərin dilindən gəlir
Peşəkar kadr potensialının formalaşdırılması diqqətdə saxlanılır
Böyük iqtisadiyyat özünü sorğulayan filosof yetişdirir, kiçik isə onu sorğulamayan din xadimi
Allah olmaq istəyinə düşmək günahına salma məni
... yaxud Quran müsəlmanlığı haqqında bir neçə qeyd
... Yaxud riyakar “konyunkturşiklər” haqqında
Böyük mədəniyyət tənəzzülə uğradan fətva
Belə davam etsə, İslam 10 il sonra ən çox sitayiş olunan din olacaq
Kiminə çətindir, kiminə asan
“Allah hər kəsin dua və diləklərini, qurbanlarını qəbul etsin”
Kiberbunkerə işləyən cinayətkarı əməkdaşlarımız Bakıda ifşa ediblər. Bununla daha bir rəqəmsal mürəkkəblik çözülüb.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən vətəndaşların şəxsi məlumatları əsasında kütləvi maliyyə dələduzluğu, ayrı-ayrı şəxslərin bank hesablarına saxta sorğular verməklə pul vəsaitlərini talayan şəxs əməliyyat-texniki tədbirlərlə müəyyən olunaraq saxlanılıb.
34 yaşlı Qulamov Eldəniz Şayiq oğlu qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə edilməklə oğurluq əməllərində şübhəli bilinir.
E.Qulamov digər şəxslərlə birgə qabaqcadan əlbir olaraq müxtəlif sosial şəbəkə platformaları və messencer proqramları vasitəsilə vətəndaşların şəxsiyyət vəsiqələrini, pasportlarını və bank kartlarını əldə etməklə bir sıra cinayətkar əməllər törədib.
Cinayətkar fəaliyyətləri bununla məhdudlaşmayan şəxslər həmin sənədləri, bank kartlarının surətlərini kiber bunkerlərə transformasiyanı təşkil ediblər.
Əsasən “Facebook”, “Instagram”, “WhatsApp” üzərindən danışıqlar aparan cinayətkar qrup özlərini bank-maliyyə, lombard, humanitar yardım və dövlət təşkilatlarının nümayəndəsi kimi təqdim etməklə fəaliyyət göstəriblər.
O da müəyyən olunub ki, Azərbaycanda fəaliyyət göstərən bankların vəzifəli şəxslərinin fotolarını saxta profillərə yerləşdirməklə özlərini bank əməkdaşı kimi təqdim edib, vətəndaşların üz görüntülərinin videoqeydiyyatı aparılıb.
Bu və digər üsullarla vətəndaşlara vurulan zərər 300 min manatdan artıqdır.
Hazırda cinayət işi üzrə şübhəli şəxs və istintaqla şəxsiyyəti müəyyən olunan digərləri ilə bağlı tədbirlər davam edir.