vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 13 noyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
QƏZA, FACİƏ  
Hazırcavab oğlandan ağır “zarafat” 14:23 | 29 sentyabr 2025 | Bazar ertəsi Məqaləyə 203 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hazırcavab oğlandan ağır “zarafat”

Əməkdar artist Cabir İmanov vəfat etdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Əməkdar artist Cabir İmanovun ölümü ilə bağlı məlumat yayıb.

Qurumdan bildirilib ki, bu gün saat 13:38-də Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsindən əməkdar artist Cabir İmanovun (1976-cı il təvəllüdlü) səhhətinin pisləşməsi (yıxılma) səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub:

"Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Saat 13:50-də briqada tərəfindən Əməkdar artistin həkiməqədər ölüm faktı qeydə alınıb".

 

14:53

Əməkdar artist Cabir İmanovun Bakıdakı idman zalında vəfat etməsi ilə bağlı bəzi təfərrüat məlum olub.

Vaxt.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, baş vermiş hadisə idman zalının kameraları vasitəsilə anbaan lentə alınıb.

Görüntülərdən məlum olur ki, Əməkdar artist məşq zalında müvazinətini itirərək yıxılıb. Onun yaxınlığındakı şəxslər dərhal kömək etməyə çalışaraq ürək masajı ediblər.

C.İmanovun ürək fəaliyyətini bərpa etmək üçün ona elektroşok da tətbiq edilib. Lakin bu prosesin 20 dəqiqə davam etməsinə baxmayaraq, 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.

 

14:19

Əməkdar artist Cabir İmanov vəfat edib.

Vaxt.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, o bu gün paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən idman zalında infarkt keçirib.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.