
300 faiz çoxalıb
Fransada müsəlmanlara qarşı hücumlar artmaqdadır
Fransada müsəlmanlara qarşı hücumlar artmaqdadır
... yaxud Quran müsəlmanlığı haqqında bir neçə qeyd
... Yaxud riyakar “konyunkturşiklər” haqqında
Böyük mədəniyyət tənəzzülə uğradan fətva
Belə davam etsə, İslam 10 il sonra ən çox sitayiş olunan din olacaq
Kiminə çətindir, kiminə asan
“Allah hər kəsin dua və diləklərini, qurbanlarını qəbul etsin”
Səudiyyə Ərəbistanı icazəsiz zəvvarın həcc ziyarətinə izn vermədi
... və “epoxe” prinsipi haqqında
Fransa kəşfiyyatı ölkədəki müsəlmanları “Müsəlman Qardaşları” ilə əlaqədə ittiham edir
Məşhur şirkət türk əsilli işçiyə sonda sürpriz edib
Bəzi şəhərlərdə müsəlmanlar üçün qadağan olunan ərazilər meydana gəlib
Günümüzün insanı sənət və fəlsəfə üçün yararsızdır
Fransanın daxili işlər naziri: “Universitetlərdə hicabın qadağan edilməsini istəyirik”
Vicdanlı, dürüst insanların həyatda qalmaq şansı azdırmı?
... Yaxud Tanrı yoxdursa, nə var?
İki kiçik qız uşağının 39 yaşlı atasının ölümü Allahın qatil olduğunu göstərməyə cəhddir. Bu cəhd yalnız İblisə aid ola bilər.
Allah həqiqətən qatil deyil. Allah həqiqətən qatil deyilsə bəs kimdir? O, çox səliqəli, çox yaxşı, çox ağıllı, çox yaraşıqlı gənc qardaşımı niyə öldürsün axı?
Bu sualın cavabını o bizi amansızca tərk edən anda tapsam da 40 gündür bu cavabın həqiqətən həqiqət olduğunu özümə sübut edə bilmirəm.
Doğrudanmı Allahın yaxşı adamlara ehtiyacı var, ona görə onları özüylə aparır ki, cənnətə göndərəcək adam qalsın?! Doğrudanmı yer üzündə Allahla iblisin mübarizəsi gedir və ikinci birinciyə sübut etməyə çalışır ki, insanları yoldan çıxarıb cəhənnəm sakini edəcək, birinci də belə getsə cənnətə göndərməyə adam qalmayacağını yəqinləşdirdiyinə görə insanları hələ çirklənməmiş öz yanına aparır?
İndi hansınız İransız, hansınız İsrail? Ukrayna kimdir, Rusiya kim? Hələ üstəlik bu savaşda tibb də alətə çevrilib, xərçənglər sürətlə və amansızcasına boğazlara çökür.
Gözləri əbədi kədərə qərq olan qızcığazların simalarında yazılan cümlə budur: “Biz Allahı belə bilməzdik”.
Nə qədər desəm də günah iblisdədir, razı olmurlar. Deyirlər: “Allah iblislə savaşmasaydı, atamız 39 yaşında ölməzdi.
Yox, kafirlik deyil. Gülüşün 11 yaşı olmasına baxmayın, o bilir ki, ölüm haqdır. O ölümün 39 yaşda gəlməsini nahaq hesab edir. Ölüm gənc yaşdadırsa, savaş günahkardır.
Allah savaşmadan da qalib gələ bilər. O Allahdır, yerin, göyün sahibidir. Bəs niyə ən ucuz variantı – İblislə savaşı seçib? Cənab Allah, Sən ki İran, Sən ki ilan, Sən ki İsrail, Sən ki Əzrail deyilsən.
Qardaşım can verəndə bir anlıq Allah olmaq istədim. Yaradanla iblisin savaşı Allah olmaq istəyinə düşmək günahına saldı məni.
... Kaş doğulmazdım. Məni anamın, atamın, qardaşımın mələk qızlarının, onların analarının dərd içində qovrulduqlarını göstərmək üçün yaratmışdınsa, mənim kimi milyardlarla insan varsa, olacaqsa, bunun adı yaradılışdan İblisə uduzmaq deyilmi?
Məğlublarınıq. Uduzmuşuq. Məni Sənin yerinə Allah olmaq məcburiyyətinə salma. Məni küfrə soxma.
P.S. Bu yazını oxusaydı, Elnur qardaşım mənə “küfr eləmə” deyərdi. Sənsə belə oğlana yaşamağı çox gördün.
P.S.S. Hələ bu yazı iki dəfə redaktə olunub. Allahla allahlıq etmək olmur.