
İmperiya simvollarından xilas
Azərbaycanda ideoloji siyasətin önü açılmalıdır
Azərbaycanda ideoloji siyasətin önü açılmalıdır
“Otaqda bir kitablar vardı, bir də atamın ruhi”
Primakov Qarabağ separatçılarını deyil, Azərbaycanı cəzalandırmaq qərarını vermişdi
Filarmoniyada şəhidlərin xatirəsinə həsr olunan hüzn dolu musiqi
90-cı il yanvarın 20-dən sonra DTK-nın əsgəri sıravi Məmmədovun başına gələnlər
70 illik buxovu bir gecədə qıran – Nəriman
«Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yol xəritəsi hazırlanmalıdır»
İlham Əliyev «Əbədi məşəl»in önünə əklil qoyub
Mixail Qorbaçov 20 yanvar haqqında: «Çoxlu sayda bakılının həyatı yarımçıq qırıldı, bu ağırdır»
Baş Prokurorluqdan «20 yanvar»la bağlı açıqlama
BŞDYPİ sürücüləri alternativ yollarla hərəkət etməyə çağırıb
Yanvarın 20-də...
Bu gün xalq Şəhidlər Xiyabanına axın edəcək
Namizədlik dissertasiyamı yenicə müdafiə etmişdim. 20 yanvar faciəsinə bir aydan az qalırdı.Elmi rəhbərim, akademik Azad Mirzəcanzadənin mühazirə oxuduğu qruplardan birinin seminar dərslərini mən aparırdım.
Hər dərsin əvvəlində Qarabağla bağlı oxuduğum, eşitdiyim son xəbərlər, mitinqlər haqda uşaqlara məlumat verirdim.
Dekabr ayının ortalarında dərsdə uşaqlara dedim ki, küçələrə çıxmaq lazımdır.
Rus bölməsi idi, qrupda azərbaycanlı tələbələrlə yanaşı yəhudilər və ruslar da vardı.
“İkinci qoşa saat” uşaqlara dedim ki, mən dərsdən sonra Azadlıq meydanına gedəcəm, ancaq “28 aprellə Lenin prospektinin” kəsişdiyi yerdə ruslar BTR-lərlə yolu kəsiblər.
Sinifdə uğultu qopdu.
“Gedib heç olmazsa BTR-lərin önündə etirazımzı bildirək” dedim.
Üzümü tələbələrə tutub, “Gəlmək istəyən varmı mənimlə?” soruşdum.
Rus uşaqlar başlarını aşağı saldılar, yəhudi tələbələrlə azərbaycanlılar əllərini qaldırdılar. Arxadan qrupun ən səssiz tələbəsi “dərsdən sonra niyə, elə indi gedək” dedi.
Bakı yəhudisi idi o oğlan, aşkenazlardandı.
Qızlardan biri etiraz elədi: “Dərsin ortasında olmaz, koridorlarda sakitlikdir, diqqət çəkərik. Ən yaxşısı tənəffüsü gözləyib, heç nə olmamış kimi binadan çıxaq”.
Sinifdən gurultulu alqışlar qopdu, gözlərim doldu, qızlar bir-birinə sarılıb ağladılar…
Telman (Tulparxan Salavatov, 1950-2021) əslən kumık idi, Azad müəllim dünyasını dəyişənə qədər onun köməkçisi olmuşdu. Axşama yaxın o, zəng elədi: “Şef (kafedrada öz aramızda Azad müəllimə elə deyirdik) səni axtarır. Rektora səni satıblar, o da Azad müəllimə zəng edib. Səni evə çağırır, tez elə”.
Telmana dedim ki, necə gedim Azad müəllimgilə, bir azdan komendant saatı başlayacaq.
Sonralar professor, Akademiyanın müxbir üzvü olacaq aspirant dostum “Çox əsəbidir, tez get, ancaq narahat olma, sənə hirslənməyib, rektorla sözləşib” dedi…
Azad müəllimin evi “28 Aprel” küçəsində (indiki 28 May küçəsində), Kirxa ilə üzbəüz idi. Anası Asya xanım və bacısı İradə xanımla yaşayan müəllimimin mənzilində qonaq otağı ilə onun iş kabinetini ayırmaq mümkün deyildi – hər yer tavana qədər kitab, jurnal, qalaq-qalaq əlyazma, klassik musiqi valları və referatlar vardı.
Kitab yığının arasından birtəhər keçib (toxunsam üstə-üstə qoyulmuş kitablar aşıb yerə düşəcəkdilər) iş otağına girdim. Bacısı İradə xanım çay gətirdi. Başımı aşağı salmışdım, utanırdım ki, Azad müəllim mənim ucbatımdan rektorla – İsmayıl İbrahimovla sözləşib.
“Vəziyyət pisləşir. Qorbaçov Bakıya qoşun göndərəcək, deyəsən”, – Azad müəllimin səsi sakitliyi pozdu. Narahat ya da əsəbi olanda üzündəki ifadə kəskin dəyişirdi. Baxdım ki, üz-gözünü yamanca turşudub. İradə xanım yan otaqdan eşitməsin deyə səsini bir az da alçatdı: “Qan töküləcək. Sabah Yusiflə Sabitə məndən salam yetirərsiz”.
Dönüb arxasındakı rəfdən bir kitab götürdü. Elias Kanettinin rus dilinə tərcümə edilmiş “Масса и власть” (“Kütlə və hakimiyyət”) kitabı idi. “Oxuyubsuz?” deyə sordu. Cavabımı gözləmədən “Kanettini oxumadan, kütlənin və hakim zümrənin psixologiyasını anlamadan mitinqlərə getməyin” dedi…
Azad müəllim Azərbaycan Xalq Cəbhəsi İdarə Heyətinin ilk üzvlərindən ancaq iki nəfəri şəxsən tanıyırdı – Yusif Səmədoğlu və Sabit Bagirovu. Sabit bəy bizim institutdan məzundur, Azad müəllimin ona xüsusi rəğbəti var idi, deyəsən dərs də demişdi ona. O dövrdə Sabit bəyi qiyabi tanıyırdım.
Axşam Yusif Səmədoğluna zəng vurdum, ağzımı açmaq istəyirdim ki, məni qabaqladı: “Vəziyyət pisləşir. Eeehtiyatlı ooool”. Azad müəllimin salamını söyləyib dəstəyi asdım. Sabit bəyə xəbər verməyə ehtiyac qalmamışdı. Artıq onlarda qan töküləcəyini təxmin edirdilər…
Azad müəllimin bu xəbərdarlığını Sabit Bağırova otuz il sonra Nəcəf Nəcəfov haqqında çəkilmiş bir filmin prezentasiyında danışdım. Əziz müəllimimizi hörmətlə yad etdik.
Tanıdığım ən böyük dissidentlərdən biri idi Azad Mirzəcanzadə…
Müəllimimin evdə məndən soruşduğu kitabı oxumamışdım. Kanettinin o məşhur əsərini ancaq 20 yanvar hadisələrindən aylar sonra tapıb oxudum. O vaxtlar belə kitabları ancaq tanışlıqla tapmaq olurdu. Kafedra iclaslarından birində Azad müəllimə dedim ki, “Kütlə və hakimiyyət” kitabını tapa bilmirəm. “Akademkniga”ya gedin, müdirinə deyin ki, mən göndərmişəm”, – əziz müəllimim dedi.
Elias Kanetti (Elias Canetti, 1905-1994) Osmanlı təbəəsindən idi.
Əslən Sefarad yəhudisi olan görkəmli yazıçı, esseist və filosofdur.
1981-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı almışdı. Yaradıcılığı insan davranışları, kollektiv şüur və güc münasibətləri üzərindəki düşüncə və araşdırmalarla bağlıdır.
Ən tanınan əsəri “Kütlə və hakimiyyət” (“Masse und Macht”) adlı sosioloji-fəlsəfi tədqiqatıdır. Kanetti bu əsərində kütlə psixologiyasını və hakimiyyətin təbiətini təhlil edir.
İnsan kütlənin bir hissəsinə necə çevrilir? Nə üçün insan müstəqil şəxsiyyət olmaqdan vaz keçir? Niyə hər bir insanın içində izdihama, kütləyə qarışma istəyi var? Hakimiyyətlər hansı psixoloji hiylələrlə xalqı tabeçilikdə saxlamağa nail olur?
Kanetti 1994-cü ildə İsveçrənin Sürix şəhərində vəfat etdi.
Məzarı şəhərin Fluntern qəbiristanlığında, Ceyms Coysun qəbrinin yanındadır.