ABŞ-a viza məhdudiyyəti aradan qalxdı
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
21:26 | 9 avqust 2025 | Şənbə
Məqaləyə 2107 dəfə baxılıb
Şriftin ölçüsü
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Geniş miqyaslı müharibəyə yol aça bilər”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Ağ Evdə paraflanan Sülh Müqaviləsi Azərbaycan tarixinin ən mühüm siyasi dönüş nöqtələrindən biridir.
Bu sənəd yalnız diplomatik bir protokol deyil — Azərbaycan xalqının onillərlə davam edən mübarizəsinin siyasi zəfəridir.
Bu sənəd illərlə sürən mübarizəmizin, şəhidlərimizin qanı bahasına qazanılmış Qarabağ zəfərinin diplomatik möhürüdür.
Əldə etdiklərimiz:
– Zəngəzur dəhlizinin açılması (Sənədə "Tramp Marşrutu" (TRIPP) kimi tanınsa da xalq onun tarixi adını — Zəngəzur dəhlizi adını yaşadacaq);
– Qarabağ artıq problem deyil, qalibiyyətin simvoludur!
– Minsk Qrupunun tarixin zibilliyinə atılması (Faydasız “appendiks” kəsilib atıldı);
– Naxçıvana quru yol (Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqə təmin olunur);
– Beynəlxalq təhlükəsizlik təminatı (Xarici hərbi güclər bizim yox, Ermənistan torpaqlarında yerləşəcək);
– Sərhədlərin tanınması (Suverenlik qarşılıqlı təsdiq olunur);
– Qisas planlarının rədd edilməsi (Artıq silahlar danışmayacaq, tərəflər gələcəkdə hər hansı silahlı münaqişə ehtimalını rədd edir, davamlı sülhə söz verirlər);
Əslində isə əl edəcəklərimiz sadaladıqlarımdan qat-qat çoxdur.
Lakin ən böyük geosiyasi dönüş nöqtəsi — Rusiyanın Çarlıq dövründən bolşeviklərə, oradan da indiki Kreml siyasətinə qədər uzanan Cənubi Qafqaz ekspansiyasının sona yaxınlaşmasıdır.
Moskvanın bölgədəki hərbi-siyasi varlığını itirməsi, çox yaxında bütün Qafqazın azad olunmasına yol açacaq.
Bu, təkcə Azərbaycanın deyil, bütün regionun gələcəyini dəyişdirəcək cahanşümul bir hadisədir.
Prezident İlham Əliyevin Ağ Evdəki qürurlu, məğrur qalib duruşu…
Bu mənzərə unudulmayacaq, hafizəmizdən silinməyəcək!
Bu gün biz Millət olaraq daha güclüyük, daha qürurluyuq!
Qarabağ azaddır!
Zəngəzur bizimlədir!
Sülh bizim qələbəmizdir!
Bütün xalqımıza gözaydınlığı verir,
Dövlət Başçımızı qürurla təbrik edirəm!
Yaşasın Şanlı Ordumuz!
8-9 avqust 2025