vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ƏDƏBİYYAT  
ÇƏNƏ KABABI ... 20:00 | 1 iyun 2025 | Bazar Məqaləyə 33 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ÇƏNƏ KABABI ...

... Yaxud bir hərf xətasına belə güzəşt yoxdur

“Gələcək çox tez gələcək” kitabım üzərindəki işlər sonuncu mərhələyə çatmışdı. Kitabın redaktoru Famil Cəfərli öz işini tamamladı. Növbə, nəhayət ki, texniki redaktora çatırdı.

Düşündüm ki, texniki redaktor da bir-iki gün kitaba son dəfə göz gəzdirib təhvil verəcək. Qalırdı kitabın nəşri.

İçimə isti bir həyəcan yeli əsdi…

Ancaq gözlədiyim kimi olmadı. Aprelin ortalarında Vüsalə Babayeva zəng vurdu.

“Mən kitabınızın texniki redaktoruyam” deyərək əlavə etdi: “Sizə xeyli sualım yaranıb” dedi…

Bizim tanışlığımız belə başladı – telefonda.

Bu gənc, çalışqan, işinə heyran bir xanımın “xeyli sualım” sözləri ovqatımı təlx etsə də, ona bəlli etmədim. Gözlədim görüm nə dəyişikliklər edəcək, məni indidən nələrə hazırlayır…

Üç gün sonra Bakıya uçacaqdım.

Ancaq gedənə qədər telefonda sualların 60-70 faizində konsensusa vardıq – bəzi iradları ilə razılaşdım, bəzilərini isə çətin də olsa, qəbul etdirdim.

Bakıya gələndə məzuniyyətdə olduğunu öyrəndim. İşə getmədiyi üçün ikimizə də yaxın olan gözəl bir kafedə bir neçə gün çalışdıq.

Nəhayət, irili-xırdalı bütün qeydlərdə ortaq məxrəcə gəldik.

Kitab hazır idi, əllərini sıxıb “mükəmməl çalışdınız” deyərək sevinclə ayrıldıq.

O axşamı, nəhayət ki, dostlarımla keçirəcəkdim…

Sifariş verdikləri yerə çatıb təzəcə oturmuşdum ki, zəng gəldi.

Vüsalə Babayeva idi. Sevinərək “I fəsildə 28-ci səhifədə alman dilində bir səhv var” deyərək pauza verdi. Deyəsən, artıq bezirdim, yavaşca “Vüsalə xanım, siz almanca da bilirsiz?” soruşdum. Sakit bir səslə “Kompüteriniz qabağınızdadırmı?” deyəndə qətiyyətlə “Xeyrrrr” dedim. Önümdə 2 şiş çənə kababı var idi…

Axşam evə gələndə saat gecə yarısına yaxınlaşırdı.

Mesaj gəldi: “28-ci səhifəni aça bilərsizmi?”

Çox gec idi, ancaq gecə 4-ə qədər çalışdığını bilirdim…

“Gələcək çox tez gələcək” 10 fəsildir.

I Fəsil “Gələcəyə futuristik səyahət” adlanır.

Kitabın 28-ci səhifəsində böyük alman filosofu Artur Şopenhauerin “Dünya iradə və təsəvvür kimi” adlı kitabından bəhs edərkən bu nəhəng əsərin alman dilindəki orijinal adını da yazmışam – “Die Welt als Wille und Vorstelling”. Yazarkən də bir hərf xətası buraxmışam, bilmirəm. 

Vüsalə xanım da məgərsə almanca bilmir. Ancaq buna rəğmən o hərf səhvini tapdı və düzəltdi. Bu cavan qızın qiraətinə, iddiasına, işinə sədaqətə bir baxın ki, dili bilmədiyi halda oturub kitabın orijinalını tapıb və incələyib… Nə deyəcəyimi bilmədim, heyrətə gəlmişdim gecənin irəliləyən gec saatlarında – bir insan işini bu qədərmi sevər, bir insan işinə bu qədərmi məsuliyyətlə yanaşar…

Kitab çıxdı, artıq satışdadır. Ancaq o gün bu gündür ki, bu Vüsalənin bu Şopenhauer hekayəsini hər yerdə danışır, bu gənc qızın çalışqanlığı və hiper-aktivliyindən, tükənməz enerjisindən və çalışdığı şirkətin adına necə hörmətlə yanaşmasından bəhs edirəm…

Dahi Şopenhauer “Dünya iradə və təsəvvür kimi” kitabına yazdığı ön sözdə oxucudan əsəri iki dəfə oxumasını tələb edir. O, kitabındakı hər bir parçanın nə ilk, nə də son olduğunu, hər parçanın bütünü tamamladığını yazır. “Bütünü tamamlamaq”… Kitabı yazarkən Vüsalə Babayevanı hələ tanımırdım. Lakin çox qəribədir ki, məhz bu sözün üstündə durduğumu xatırlayıram…

Mənim bu sadə kitabımda bütünü tamamlayan bir neçə insanın əməyi var.

Onlardan biri də bütünü tamamlayan bənzərsiz Vüsalədir.

Yolun açıq olsun!

Təşəkkürlər, TEAS PRESS!


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)