vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 26 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
AMERİKA  
HARVARD! 21:21 | 25 may 2025 | Bazar Məqaləyə 16 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

HARVARD!

Zat-i aliləri xərifləyib

İbrahim NƏBİOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Haqlı çıxmışam, deyəsən. Zat-i Aliləri xərifləyib.

Xərifləmək və ya bunamaq ayıb bir şey deyil, insanlar yaşlananda bəzən ağıllarını itirirlər, nə danışdıqlarını bilirlər, nə də etdiklərini.

Ancaq qoyduğum bu diaqnoz doğru diaqnozdurmu?

Bəlkə də o, elə anadangəlmə beləymiş.

Nə üçün belə düşünürəm?

Ona görə ki, ağıl və təcrübə hər zaman yaşla bərabər gəlmir, bəzən təkcə yaş gəlir…

Donald Tramp yatdı, qalxanda anidən ağlına sarsaq bir fikir gəldi – xarici tələbələrin Harvard universitetinə qəbul edilməsini qadağan etdi. Amerikanın əsrlərlə qurduğu akademik azadlıq ənənələrinə ağır zərbə vurdu. Təhsili siyasi manipulyasiya alətinə çevirmək nə Birləşmiş Ştatların maraqlarına xidmət edir, nə də qlobal elm və tərəqqi yoluna.

Harvard kimi bir elm məbədi 500 ildir (!) qadağalarla deyil, açıq qapılarla böyüyür, Bəşəriyyətin inkişafına xidmət etmişdir.

Tramp anlamaqda çətinlik çəkir – Elmin sərhədləri yoxdur, amma cahilliyin var…

Massaçusets ştatının Kembric şəhərində yerləşən və 1636-cı ildə qurulan Harvard universiteti dünyanın ən qədim ali təhsil məktəblərindən biridir.

13 fakültəsində 30,386 tələbə bakalavr, magistr və doktorantura təhsili alır. 

Tələbələrin təxminən 27%-i xarici tələbələrdir (Rəqəmlər 2023-2024-cü tədris ilinə aiddir).

Harvard universitetinin məzunları arasında 160-dan çox Nobel mükafatı laureatı var.

Universitetin əsas gəlir mənbəyi endowment (fond) gəlirləri və ianələrdir.

2023-də Harvardın gəliri çox sayda ölkələrin büdcəsindən çox olub – 6 milyard dollar (!)…

Neçə gündür düşünürəm – Trampın xarici ölkə gənclərinin Harvard və digər ABŞ universitetlərinə qəbulunu qadağan etməsi sadəcə immiqrasiya siyasətindənmi qaynaqlanır? Axı bu ağılsızğmaz qərar dünyanın intellektual beyinlərinin təhsil almaq üçün axın etdiyi bir ölkədə yolverilməzdir, ölkənin elə öz gələcəyinə xəyanətdir.

Harvard Universiteti və onun kimi “Ivy League”in digər ali məktəbləri əsrlər boyu yalnız Amerikanın deyil, dünyanın ən istedadlı beyinlərini öz sıralarına cəlb edərək qlobal miqyasda elmin, texnologiyanın və humanitar dəyərlərin inkişafına töhfə veriblər. Bu universitetlər beynəlxalq tələbələr sayəsində inkişaf edib, zənginləşib və rəqabətə davamlı olub. Trampın qadağası bu tarixi prosesə amansız bir müdaxilədir, ABŞ-ı elmdə və düşüncədə qapalı, qorxaq və gələcəyini itirən bir ölkəyə çevriləcəyi təhlükəsidir.

Kaliforniyanın Silikon vadisində yerləşən nəhəng startap şirkətlərinə bir baxın.

Bir dənəsinin belə başında amerikalı yoxdur, onların tamamı xaricdən gəlib burada təhsil alan, buradakı şirkətlərdə yetişən parlaq beyinlərdir. Lakin Trampa bu parlaq beyinlərin verdikləri töhfələr yox, populist, millətçi ritorika və qərəzli radikal sağcı şüarlar lazımdır. Bu da qloballaşan dünyadan təcrid və elmi tənəzzül deməkdir.

Bir də Trampın təzəlikcə dostuna çevrilmiş bir liderin indiki vəziyyətinə baxın.

Tanış gəlirmi?

Eyni ritorika ilə ölkəsini “izqoya” çevirdi, işğalçı siyasəti ilə ölkəsini acınacaqlı duruma düşürdü.

Tramp da onun yolunu getməyə başlayıb, təəssüf…

***

“Ivy League” (Sarmaşıq Liqası) səkkiz nüfuzlu ABŞ universitetindən ibarət birliyə verilən addır. Bu universitetlərin yüksək akademik səviyyəsi, qəbulun çətinliyi və məzunlarının uğurları səbəbilə Dünyanın ən elitar təhsil mərkəzlərindən sayılırlar.

“Sarmaşıq Liqası” adı da simvolik və anlamlıdır. Onun sarmaşıq bitkisi ilə birbaşa əlaqəsi var, çünki bu səkkiz universitetin binalarının divarlarında sarmaşıq bitkiləri yetişir. Kənardan baxanda binalar sarmaşıqlarla sarmaş-dolaş halda görünürlər. Bu da həmin universitetlərə klassik və qədim görünüş verirdi.

Bu əfsanə universitetlər:

1. Harvard Universiteti (Massaçusets)

2. Yale Universiteti (Konektikut)

3. Prinston Universiteti (Nyu-Cersi)

4. Kolumbiya Universiteti (Nyu-York)

5. Pensilvaniya Universiteti (Pensilvaniya)

6. Dartmut Kolleci (Nyu-Hempşir)

7. Braun Universiteti (Rod Aylend)

8. Kornel Universiteti (Nyu-York)

***

Harvard şokunun ertəsi günü Tramp futuristik Altın Qübbə müdafiə sistemi üçün 25 milyard (toplam xərclər 175 milyard) dollar ayıracaq və səlahiyyət müddətinin sonuna qədər onu işlək vəziyyətə gətirəcək. Plana görə Pentaqon quruda, dənizdə və kosmosda yeni nəsil texnologiyalar şəbəkəsi yaradacaq.

Altın Qübbə Amerikanı hansı ölkənin raketlərindən qoruyacaq?

Təbii ki, Rusiya və Çinin.

Rusiyanı saymayaq, texnoloji gücü ortadadır.

Ancaq Çin artıq bir çox sahələrdə Amerikanı üstələyib.

Tramp Amerikası quracağı Altın Qübbəni kimlər işlədib təkmilləşdirəcək?

Harvardları vur, sonra da gələcəyi düşün, eləmi?

Zat-i Aliləri xərifləyib, ölkəsinin təkcə sərhədlərini deyil, gələcəyini də bağlayır…


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)