
İƏT ölkə başçıları Qarabağa toplaşır
Xankəndi 17-ci Zirvə Sammitinə ev sahibliyi edəcək
Xankəndi 17-ci Zirvə Sammitinə ev sahibliyi edəcək
Yeni Strategiyada nələr nəzərdə tutulacaq?
Gözlərim önündə bir mənzərə var – sabah kimlər bir araya gəlməyəcək
... azad olanda – kəlmələrin üstündə, bütün məfhumlardan dəyərli olur
Təkcə torpaq deyil yaddaş, xatirələr, uşaq gülüşləri, şəhid səslərin işğal olunmuşdu
Əgər bir soyun əksəriyyəti qəddar, vəhşi, faşistdirsə, ...
... Yaxud əlləri havada qalan Ağdam sakini
Almaniyalı rəssam İnqa Şmidtin master-klassı çərçivəsində hazırlanan əsərlərin sərgisi
Məğlub olmuş ölkənin başçısı Qalib baş komandandan mədət diləyir
Aprel döyüşlərindən şanlı Zəfərə!
Bir kitabdan daha artığı
Yanlış adlar və ifadələr nəyə gətirib çıxarır?!
Düşmən gülləsindən yayınıb qardaş gülləsi ilə həlak olan qəhrəman
Nə yaxşı ki, suverenlik məsələsini vaxtında və tam həll etdik
Xalqla ordunun vəhdəti yoxdursa, qalib gəlmək mümkün deyil
Yaxud Natəvan şahmatda Dümanı necə mat etmişdi?
Nihad Genç evdə, iş otağında yazı yazır.
Yan otaqdan iniltili səslər eşidir.
Həyat yoldaşının doğum sancıları başladığını anlayır.
Küçədən keçən ilk taksiyə minib, təlaş içində xəstəxanaya yetişməyə çalışırlar.
Girişdə qadını xərəyə qoyub sürətlə doğum şöbəsinə daşıyırlar.
Nihad Genc isə girişdəki qeydiyyat şöbəsinə sənədləri təqdim edir.
Birdən tavandan asılan televizordan Bakıya ezam olunmuş müxbirin titrəyən səsi gəlir:
“Laçın erməni silahlı birliklərinin əlinə keçdi”.
Laçın işğal edilir…
5-10 dəqiqə sonra “Nihad bəy, oğlunuz oldu”.
Belə nəql edirlər ki, xəbəri eşidən Nihad Genç ona xas titrək səsi ilə “Laçın, Laçın, oğlum Laçın” deyə sanki sayıqlayırmış…
Bu hadisəni mənə Nihat bəyin xanımının sinif yoldaşı danışmışdı.
Çox təsirlənmişdim eşidəndə.
Yazmaq istədim, amma Nihad bəy ağır vəziyyətdə idi.
O axşam onun entübe olduğunu öyrəndim.
Anladım ki, vədəsinin bitməsinə az qalıb…
Bu gün 4 iyul 2025 tarixində həyatını Türklüyə həsr etmiş Usta qələm sahibi və böyük mübarizə adamı Nihad Genç əbədiyyətə yürüdü…
Ankaranın mərkəzində, Kavaklıdərə adlanan səmtdə yamyaşıl ağacların altında uzunluğu 100-150 metr olan Budaq adlanan bir küçə (sokak) var. Burada, 6 nömrəli binada küçənin adı və nömrəsindən yaradılan “Budaqaltı” adında gözəl bir kafe vardı. Oraya əsasən Ankarada akreditasiya olmuş xarici jurnalistlər toplanardılar. Həftənin 3-4 gününü tək yaşadığım illərdə axşamları oraya toplanar, həm yazılarımı yazar, həm də həmkarlarla Dünyanı, Türkiyəni, futbolu müzakirə edərdik.
Bir gün Nihad bəyi “Budaqaltı”ya yeməyə dəvət elədim. Kafedə masalar bir-birinə çox yaxın idi. Biz nə danışırdıqsa yan tərəfdə oturan iki Fransız jurnalisti eşidirdilər. Nihad Genç yenə də odlu-alovlu danışır, Atatürkdən, Azərbaycandan danışanda qəhərlənir, gözləri dolur, siqareti siqaretə calayırdı.
Fransız müxbir qızı tanıyırdım, mənim operatorsuz olduğumu görüb, yardımını təklif etdi. Fransız operatorda bircə dənə iyirmilik “Betecam” kaset vardı. Nihad bəy qan-qan deyirdi, Qarabağı ancaq savaşla almaq lazımdır deyə çox tutarlı və məntiqli fikirlər söyləyirdi…
İyirmi dəqiqəlik möhtəşəm bir müsahibə alınmışdı. Ertəsi gün Bakıya təyyarə vardı, kaseti montajsız, əl dəymədən AzTV-yə göndərdim. Atam həyatda idi, hər gün zəng edirdim ki, izlədinmi Nihat əəyi və hər səfərində də “yox” cavabı alırdım – müsahibənin efirə verilməyəcəyini anladım.
Bir neçə gün sonra Bilkent universitetində keçirilən konfransda Ter-Petrosyanın müşaviri Jerar Libaridyanla görüşmək üçün Vəfa Qulu-zadə Ankaraya gəldi. Vəfa müəllimə dedim ki, müsahibəni efirə vermədilər, kaseti də mənə qaytarmayacaqlar. “Elə şeymi olar, gedib özüm şəxsən alacam, sənə də göndərəcəm” dedi mənə.
Dörd gün sonra Vəfa müəllim zəng vurdu ki, sən haqlı çıxdın. Kaseti almağına aldım, amma müsahibənin üstünə başqa bir video yazıblar…
Laçın rayonunun işğal edildiyi gün doğulan Laçın indi 33 yaşındadır və mən bu sətirləri yazarkən o əfsanə atasının cənazə mərasiminə hazırlaşır…
Nur içində yat, Böyük Türkçü!
4 iyul 2025