
“Savaş və Duman”
Bir kitabdan daha artığı
Bir kitabdan daha artığı
...Yaxud çadır həyatının təəssüratları
Tanrı dərgahı kimi ...
Pirlərdə məskunlaşanların əksəriyyəti yaşayış məntəqəsini tərk edib
... Yaxud qırıq-qırıq görünən Ağdam
Bu yolu keçməyə əzm var
Xocalıların yaddaşında həmişə 46 yaşda qalan QƏHRƏMAN
Tez-tez gəlin ...
Cəbhə xəttini keçdiklərinə görə …
Allahverdi Bağırovun qızı etiraz etdi: “Diqqətli olun!”
6 ballıq zəlzələdən tələfat yoxdur, amma dağıntılar haqda xəbərlər gəlir
Yeraltı təkanlar hətta cənub zonada da hiss olunub
Seyid Lazım Ağa - Ağdamın canlı rəmzi
«Qarabağ» FK-nın fan-klubu haranın adını daşıyır?
Və ya SSRİ-Yapon münasibətlərinin Ağdama xeyri...
Ağdamın işğalından 24 il ötür…
Adamların üzlərinə, elə bil Qarabağ yazılmışdı. Avtobusa daxil olan hamıya salam verirdi. Yəqin birinci minən də avtobusa salam vermiş olar.
Hamı yanındakıyla, ondan qabaqda, arxada, yan sırada oturanla söhbət edirdi. Bir-birini illərlə tanıyırmış kimi. Ziyarətə gedənlər kimi burdakılar da hara getdiklərini bildiklərindən doğmalaşmışdılar.
Yol uzandıqca, söhbət qızışırdı. Hamı keçmişindən danışırdı.
Söhbətin şirin yerində sürücü avtobusu saxladı. Baxışlar 30 ilin həsrətiylə ətrafa boylandı.
Yerə tökülən kimi topa-topa təpənin o tayına qaçıb oynamağa başladıq. Kimi “dirəröymə”, kimi gizlənpaç”, qızların çoxu “klas-klas” oynayırdı.
Gördüm atam kənardan mənə baxır. Yanına qaçıb qucağına sığındım. Qucaq uzun illərin həsrətini sıxıb çıxarırdı.
Bilmədim, ağlıma haradan gəldisə, atamdan evimizin telefon nömrəsini soruşdum...
Birdən bir az aralıda oynayan qızın ucadan səsi gəldi: – “Biz hardayıq, bura haradadır?” Buraları yaxşı tanıyan uşaq kimi hamıdan qabaq dilləndim: – “Odey, ora Qiyaslıdı, yol da Ağdama – şəhərə gedir, – deyib, sol tərəfi göstərdim. – Sağ tərəf də Şahbulaqdı. (Daha demədim ki, ordan da bir az o yana bizim kənddir. Yəqin, balacaydı, tanımazdı). Sonra da əlavə etdim ki, düz yol da Xıdırlının yanından Şuşaya gedir”.
İstiqamətləri göstərəndə əlim xeyli göydə qalırdı.
Uzundərədə dayanan avtobus siqnallamağa başladı. Hamı bir-birini harayladı: “Gəlin, gedirik!”
Avtobusa minəndə atam yanımda yox idi. Mən atam yaşındaydım. Avtobusdakılar da mən yaşda.
Uzun müddət heç kim danışmadı. Hamı hələ təpənin o tayındaydı.
Yenə yadıma telefon nömrəsi düşdü. Görəsən evimizə zəng etsəm, telefonu götürən olarmı...