
Praqada Orta Dəhlizlə bağlı panel təşkil edilib
Hikmət Hacıyev: “Ermənistan ərazisindən keçən marşrutun nə qədər rentabelli olduğunu göstərməlidir”
Hikmət Hacıyev: “Ermənistan ərazisindən keçən marşrutun nə qədər rentabelli olduğunu göstərməlidir”
Hikmət Hacıyev: “Ermənistan ilk mühüm addımı Zəngəzur dəhlizi istiqamətində atmalıdır”
Hikmət Hacıyev: “Bizim investisiya imkanlarımız var və qardaş ölkələrlə sıx əməkdaşlıq edirik”
Hikmət Hacıyev: “... İşlək vəziyyətdədir və kimsə gəlib onu yenidən qurmalı deyil”
Hikmət Hacıyev: “Yaşıl dəhliz Azərbaycanın şərq-qərb enerji bağlantısının yeni mərhələsidir”
Hikmət Hacıyev: “Azərbaycan “Orta Dəhliz”ə mədəniyyətlərarası dialoq kimi yanaşır”
Hikmət Hacıyev İordaniyanın xəbər agentliyinə müsahibə verib
Hikmət Hacıyev: “Qardaş haqqında belə şeylər yazmaq düzgün deyil”
Hikmət Hacıyev: “2020-ci ildən bəri 400 vətəndaş mina partlayışlarının qurbanı olub”
Hikmət Hacıyev: “Qonşu ölkələrlə əlaqələr Azərbaycan üçün prioritet hesab olunur”
...Dirçəliş və tərəqqinin qüdrətli simvolu
Hikmət Hacıyevin görüşlərinin strateji mənası
Hikmət Hacıyev İranda keçirdiyi görüşlərlə bağlı paylaşımlar edib
Hikmət Hacıyev: “Prezidentlərin apardığı müzakirələr əlaqələrin inkişafına nəfəs verib”
Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüşüb
Müharibə cinayətləri törətməkdə təqsirləndirilənlərin məhkəməsi açıq və şəffaf gedir
“Beş il əvvəl Ağdamdan Bakıya sürət qatarı ilə gedəcəyimiz xəyal kimi qəbul oluna bilərdi”. Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial platformasındakı səhifəsində yazıb.
“Beş il əvvəl kiməsə desəydim ki, bir gün Ağdamdan Bakıya sürətli qatarla gedəcəyik, bu, xəyal, fantaziya, hətta əfsanə kimi qəbul oluna bilərdi. Ancaq bu gün bu görüntü reallığa çevrilib. Biz işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üzrə Əlaqələndirmə Qərargahının üzvləri ilə birlikdə işğaldan azad edilmiş torpaqlarımızda dirçəliş və tərəqqinin qüdrətli simvolu olan Ağdam-Bakı sürət qatarı ilə paytaxta qayıdırıq”, – prezidentin köməkçisi qeyd edib.
Xatırladaq ki, bu gün Ağdam şəhərində Prezident Administrasiyası və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası keçirilib.