Hikmət Hacıyevin Almaniyada yüksək səviyyəli görüşləri
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
13:50 | 14 iyun 2025 | Şənbə
Məqaləyə 139 dəfə baxılıb
Şriftin ölçüsü
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Prezidentin köməkçisi bu barədə rəsmi səhifəsində məlumat verib
Tramp bərpa olunan enerji tənqidini təkrar edir
Hikmət Hacıyev: “Ermənistan ərazisindən keçən marşrutun nə qədər rentabelli olduğunu göstərməlidir”
Hikmət Hacıyev: “Ermənistan ilk mühüm addımı Zəngəzur dəhlizi istiqamətində atmalıdır”
Hikmət Hacıyev: “Bizim investisiya imkanlarımız var və qardaş ölkələrlə sıx əməkdaşlıq edirik”
Hikmət Hacıyev: “Yaşıl dəhliz Azərbaycanın şərq-qərb enerji bağlantısının yeni mərhələsidir”
Hikmət Hacıyev: “Azərbaycan “Orta Dəhliz”ə mədəniyyətlərarası dialoq kimi yanaşır”
Hikmət Hacıyev İordaniyanın xəbər agentliyinə müsahibə verib
Hikmət Hacıyev: “Qardaş haqqında belə şeylər yazmaq düzgün deyil”
Hikmət Hacıyev: “2020-ci ildən bəri 400 vətəndaş mina partlayışlarının qurbanı olub”
Hikmət Hacıyev: “Qonşu ölkələrlə əlaqələr Azərbaycan üçün prioritet hesab olunur”
Hikmət Hacıyev: “Ağdamdan Bakıya sürət qatarı ilə gedəcəyimiz fantaziya kimi qəbul oluna bilərdi”
...Dirçəliş və tərəqqinin qüdrətli simvolu
Hikmət Hacıyevin görüşlərinin strateji mənası
“Orta Dəhliz artıq mövcuddur və fəaliyyət göstərir. Heç kimdə elə təəssürat yaranmamalıdır ki, bu dəhliz yoxdur və kimsə gəlib onu yenidən qurmalıdır. Azərbaycan və tərəfdaşlarımız bu dəhlizə sərmayə yatırır. Əlavə tərəfdaşlar da gəlib bu imkanlardan faydalana bilərlər”.
Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Praqada “GLOBSEC Forum 2025” çərçivəsində keçirilən panel müzakirəsində çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, Azərbaycan Orta Dəhlizi Avropa Birliyi ilə Çin kimi iki böyük iqtisadi güc arasında strateji bağlantı kimi görür. “Avropa Birliyi ilə Çin arasında illik ticarət dövriyyəsi 700 milyard avrodan çoxdur. Onlar rəqabət apara bilərlər, lakin biz bunu əməkdaşlıq imkanları kimi görürük”, – deyə Hacıyev bildirib.
Prezidentin köməkçisi əlavə edib ki, Çinin “Kəmər və Yol” təşəbbüsü ilə Avropa Birliyinin “Qlobal Qapı” (Global Gateway) təşəbbüslərinin Cənubi Qafqaz və Xəzər regionuna necə tətbiq olunacağı hələ də tam aydın deyil. “Biz tərəfdaşlarımızla əməkdaşlığa açığıq, lakin öz planlarımızı da yerinə yetiririk”,- deyə o vurğulayıb.
Hikmət Hacıyev çıxışında bir daha bildirib ki, Orta Dəhliz artıq mövcuddur və fəaliyyət göstərir: “Heç kimdə elə təəssürat yaranmamalıdır ki, bu dəhliz yoxdur və kimsə gəlib onu yenidən qurmalıdır. Azərbaycan və tərəfdaşlarımız bu dəhlizə sərmayə yatırır. Əlavə tərəfdaşlar da gəlib bu imkanlardan faydalana bilərlər”.