
Praqada Orta Dəhlizlə bağlı panel təşkil edilib
Hikmət Hacıyev: “Ermənistan ərazisindən keçən marşrutun nə qədər rentabelli olduğunu göstərməlidir”
Hikmət Hacıyev: “Ermənistan ərazisindən keçən marşrutun nə qədər rentabelli olduğunu göstərməlidir”
Hikmət Hacıyev: “Bizim investisiya imkanlarımız var və qardaş ölkələrlə sıx əməkdaşlıq edirik”
Hikmət Hacıyev: “... İşlək vəziyyətdədir və kimsə gəlib onu yenidən qurmalı deyil”
Hikmət Hacıyev: “Yaşıl dəhliz Azərbaycanın şərq-qərb enerji bağlantısının yeni mərhələsidir”
Hikmət Hacıyev: “Azərbaycan “Orta Dəhliz”ə mədəniyyətlərarası dialoq kimi yanaşır”
Hikmət Hacıyev İordaniyanın xəbər agentliyinə müsahibə verib
Hikmət Hacıyev: “Qardaş haqqında belə şeylər yazmaq düzgün deyil”
Hikmət Hacıyev: “2020-ci ildən bəri 400 vətəndaş mina partlayışlarının qurbanı olub”
Hikmət Hacıyev: “Qonşu ölkələrlə əlaqələr Azərbaycan üçün prioritet hesab olunur”
Hikmət Hacıyev: “Ağdamdan Bakıya sürət qatarı ilə gedəcəyimiz fantaziya kimi qəbul oluna bilərdi”
...Dirçəliş və tərəqqinin qüdrətli simvolu
Hikmət Hacıyevin görüşlərinin strateji mənası
Hikmət Hacıyev İranda keçirdiyi görüşlərlə bağlı paylaşımlar edib
Hikmət Hacıyev: “Prezidentlərin apardığı müzakirələr əlaqələrin inkişafına nəfəs verib”
Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüşüb
Müharibə cinayətləri törətməkdə təqsirləndirilənlərin məhkəməsi açıq və şəffaf gedir
“Ermənistan ilk mühüm addımı Zəngəzur dəhlizi istiqamətində atmalıdır”. Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC Forum 2025” çərçivəsində keçirilən “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” panel müzakirəsində çıxışı zamanı səsləndirib.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan regionda təhlükəsizlik və sabitliyi təmin edib: “Biz regionda tam təhlükəsizlik və sabitlik yaratmışıq. Ermənistan da regional əməkdaşlıq və nəqliyyat bağlantılarının bir hissəsinə çevrilə bilər”.
Hikmət Hacıyev qeyd edib ki, hazırda Ermənistanla da danışıqlar aparılır və Azərbaycanın məqsədi regionda heç kimi təcrid etmək və ya kənarda saxlamaq deyil. “Lakin bu prosesdə Ermənistan tərəfindən də konkret addımlar atılmalıdır. Ermənistan Naxçıvanı 30 il müddətində blokadada saxlayıb. Biz gözləyirik ki, Ermənistan ilk növbədə Zəngəzur dəhlizi istiqamətində mühüm bir addım atsın. Bilirəm ki, erməni tərəfi dəhliz sözündən narahat olur. Həmişə zarafatla deyirəm ki, mən Azərbaycanın bütün ərazisinin dəhlizə çevrilməsini istərdim. İstəyirlər yol desinlər, keçid desinlər, fərq etməz, amma əsas məsələ Naxçıvanla birbaşa bağlantının qurulmasıdır”, – deyə o vurğulayıb.
Prezidentin köməkçisi əlavə edib ki, Naxçıvana nəqliyyat bağlantısı yaradıldıqdan sonra bu, Ermənistan üçün də yeni imkanların açılmasına səbəb ola bilər: “Biz istəyirik ki, Ermənistan da regional nəqliyyat şəbəkəsinin əsas axınının bir hissəsinə çevrilsin”.