
Praqada Orta Dəhlizlə bağlı panel təşkil edilib
Hikmət Hacıyev: “Ermənistan ərazisindən keçən marşrutun nə qədər rentabelli olduğunu göstərməlidir”
Hikmət Hacıyev: “Ermənistan ərazisindən keçən marşrutun nə qədər rentabelli olduğunu göstərməlidir”
Hikmət Hacıyev: “Ermənistan ilk mühüm addımı Zəngəzur dəhlizi istiqamətində atmalıdır”
Hikmət Hacıyev: “Bizim investisiya imkanlarımız var və qardaş ölkələrlə sıx əməkdaşlıq edirik”
Hikmət Hacıyev: “... İşlək vəziyyətdədir və kimsə gəlib onu yenidən qurmalı deyil”
Hikmət Hacıyev: “Yaşıl dəhliz Azərbaycanın şərq-qərb enerji bağlantısının yeni mərhələsidir”
Hikmət Hacıyev İordaniyanın xəbər agentliyinə müsahibə verib
Hikmət Hacıyev: “Qardaş haqqında belə şeylər yazmaq düzgün deyil”
Hikmət Hacıyev: “2020-ci ildən bəri 400 vətəndaş mina partlayışlarının qurbanı olub”
Hikmət Hacıyev: “Qonşu ölkələrlə əlaqələr Azərbaycan üçün prioritet hesab olunur”
Hikmət Hacıyev: “Ağdamdan Bakıya sürət qatarı ilə gedəcəyimiz fantaziya kimi qəbul oluna bilərdi”
...Dirçəliş və tərəqqinin qüdrətli simvolu
Hikmət Hacıyevin görüşlərinin strateji mənası
Hikmət Hacıyev İranda keçirdiyi görüşlərlə bağlı paylaşımlar edib
Hikmət Hacıyev: “Prezidentlərin apardığı müzakirələr əlaqələrin inkişafına nəfəs verib”
Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüşüb
Müharibə cinayətləri törətməkdə təqsirləndirilənlərin məhkəməsi açıq və şəffaf gedir
Azərbaycan “Orta Dəhliz”ə sadəcə nəqliyyat marşrutu kimi deyil, daha geniş mənada mədəniyyətlərarası dialoqun bir forması kimi baxır.
Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Praqa şəhərində keçirilən “GLOBSEC Forum 2025” çərçivəsində təşkil olunmuş “Orta Dəhliz: Yeni Geosiyasi və Geoiqtisadi Həyat Xətti”( The Middle Corridor: A New Geopolitical and Economic Lifeline?) adlı paneldə çıxışı zamanı bildirib.
Hikmət Hacıyev qeyd edib ki, yollar Azərbaycanın qədimdən gələn mədəniyyət və sivilizasiya anlayışının bir hissəsidir və ölkəmiz tarixən İpək Yolunun üzərində yerləşərək bu dialoqun fəal iştirakçısı olub. O vurğulayıb ki, coğrafi mövqe olaraq şərq-qərb və şimal-cənub kəsişməsində yerləşməyimiz vacib olsa da, Azərbaycanın müstəqillik əldə etdikdən sonra bu potensialı reallaşdırmaq üçün praktiki addımlar atması əsas məsələ olub: “Biz quru ilə əhatələnmiş ölkə olaraq bu məhdudiyyəti üstünlüyə çevirməyə çalışmışıq”.
Azərbaycan Prezidentinin köməkçisi bildirib ki, Azərbaycanın bununla bağlı gördüyü işlər bir neçə əsas istiqaməti əhatə edir. İlk olaraq enerji sahəsində Bakı-Tiflis-Ceyhan və digər boru kəmərləri vasitəsilə Xəzər dənizini Qara və Aralıq dənizləri ilə birləşdirən enerji dəhlizləri yaradılıb. Daha sonra ölkə daxilində avtomobil yolları və magistrallar inşa edilib və bunlar qonşu ölkələrlə də əlaqələndirilib.
O, həmçinin Xəzər dənizinin ayırıcı deyil, birləşdirici faktor kimi dəyərləndirildiyini, Mərkəzi Asiya ölkələri ilə dəniz nəqliyyatı vasitəsilə əməkdaşlıq qurulduğunu bildirib. Bununla yanaşı, hava nəqliyyatı sahəsində “hava İpək yolu” anlayışı formalaşdırılıb, Azərbaycanda hazırda 9 hava limanı fəaliyyət göstərir.
Hikmət Hacıyev çıxışında “rəqəmsal İpək yolu” təşəbbüsündən də danışıb. O bildirib ki, Azərbaycan hazırda qazaxıstanlı tərəfdaşlarla birlikdə Avrasiya qitəsi boyunca, Xəzər dənizi vasitəsilə yüksəksürətli internet bağlantısı qurur. Eyni zamanda, Xəzər dənizi regionunun bərpaolunan enerji potensialının Qara dəniz üzərindən Avropaya daşınması istiqamətində “bərpaolunan enerji dəhlizi” üzərində iş aparıldığını deyib.
“Bütün bu təşəbbüslər Azərbaycanın Şərq-Qərb bağlantısı və ümumilikdə əlaqəlilik konsepsiyasına verdiyi strateji töhfənin tərkib hissəsidir”, – deyə Hikmət Hacıyev vurğulayıb.