
Praqada Orta Dəhlizlə bağlı panel təşkil edilib
Hikmət Hacıyev: “Ermənistan ərazisindən keçən marşrutun nə qədər rentabelli olduğunu göstərməlidir”
Hikmət Hacıyev: “Ermənistan ərazisindən keçən marşrutun nə qədər rentabelli olduğunu göstərməlidir”
Hikmət Hacıyev: “Ermənistan ilk mühüm addımı Zəngəzur dəhlizi istiqamətində atmalıdır”
Hikmət Hacıyev: “Bizim investisiya imkanlarımız var və qardaş ölkələrlə sıx əməkdaşlıq edirik”
Hikmət Hacıyev: “... İşlək vəziyyətdədir və kimsə gəlib onu yenidən qurmalı deyil”
Hikmət Hacıyev: “Azərbaycan “Orta Dəhliz”ə mədəniyyətlərarası dialoq kimi yanaşır”
Hikmət Hacıyev İordaniyanın xəbər agentliyinə müsahibə verib
Hikmət Hacıyev: “Qardaş haqqında belə şeylər yazmaq düzgün deyil”
Hikmət Hacıyev: “2020-ci ildən bəri 400 vətəndaş mina partlayışlarının qurbanı olub”
Hikmət Hacıyev: “Qonşu ölkələrlə əlaqələr Azərbaycan üçün prioritet hesab olunur”
Hikmət Hacıyev: “Ağdamdan Bakıya sürət qatarı ilə gedəcəyimiz fantaziya kimi qəbul oluna bilərdi”
...Dirçəliş və tərəqqinin qüdrətli simvolu
Hikmət Hacıyevin görüşlərinin strateji mənası
Hikmət Hacıyev İranda keçirdiyi görüşlərlə bağlı paylaşımlar edib
Hikmət Hacıyev: “Prezidentlərin apardığı müzakirələr əlaqələrin inkişafına nəfəs verib”
Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüşüb
Müharibə cinayətləri törətməkdə təqsirləndirilənlərin məhkəməsi açıq və şəffaf gedir
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Praqa şəhərində keçirilən “GLOBSEC Forum 2025” çərçivəsində təşkil olunmuş “Orta Dəhliz: Yeni Geosiyasi və Geoiqtisadi Həyat Xətti” adlı paneldə yaşıl dəhlizin ölkənin enerji strategiyasındakı önəmindən danışıb.
Hikmət Hacıyev “Yaşıl dəhliz” təşəbbüsünün Azərbaycanın enerji bağlantısı strategiyasının məntiqi davamı olduğunu və bu istiqamətdə yeni mərhələni ifadə etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanın quruda və dənizdə ümumi bərpaolunan enerji potensialı 200 giqavatt həcmində qiymətləndirilir. Məhz bu potensiala əsaslanaraq, Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstanla birlikdə Qara dənizin dibi ilə keçəcək kabel layihəsi üzərində çalışır. Bolqarıstan da bu təşəbbüsə qoşulub.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, hazırda yaşıl dəhliz üzərində iki istiqamətdə iş aparılır: biri Qara dəniz marşrutu üzrə, digəri isə Türkiyə və Bolqarıstan xətti üzrədir. Hikmət Hacıyev əlavə edib ki, COP29 zamanı Azərbaycan Mərkəzi Asiya ölkələri, Qazaxıstan və Özbəkistanla Trans-Xəzər bərpaolunan enerji layihələri üzrə Anlaşma Memorandumu imzalayıb.
O vurğulayıb ki, Avropa Birliyi yeni enerji mənbələrinə ehtiyac duyur və rəqəmsal keçid fonunda yeni elektrik tutumları tələb olunur. Bu baxımdan, Cənubi Qafqaz və Xəzər bölgəsi Avropa üçün həm coğrafi cəhətdən yaxın, həm də etibarlı tərəfdaşdır.
“Bu parametrləri nəzərə alaraq, yaşıl dəhliz şərq-qərb dəhlizinin yeni və strateji komponenti kimi çıxış edə bilər”, – deyə Hikmət Hacıyev bildirib.