
Unudulmayan telefon nömrəsi...
... Yaxud əlləri havada qalan Ağdam sakini
... Yaxud əlləri havada qalan Ağdam sakini
Bir kitabdan daha artığı
...Yaxud çadır həyatının təəssüratları
Tanrı dərgahı kimi ...
Pirlərdə məskunlaşanların əksəriyyəti yaşayış məntəqəsini tərk edib
... Yaxud qırıq-qırıq görünən Ağdam
Bu yolu keçməyə əzm var
Xocalıların yaddaşında həmişə 46 yaşda qalan QƏHRƏMAN
Tez-tez gəlin ...
Cəbhə xəttini keçdiklərinə görə …
Allahverdi Bağırovun qızı etiraz etdi: “Diqqətli olun!”
6 ballıq zəlzələdən tələfat yoxdur, amma dağıntılar haqda xəbərlər gəlir
Yeraltı təkanlar hətta cənub zonada da hiss olunub
Seyid Lazım Ağa - Ağdamın canlı rəmzi
«Qarabağ» FK-nın fan-klubu haranın adını daşıyır?
Və ya SSRİ-Yapon münasibətlərinin Ağdama xeyri...
Dünən “Facebook” dostumuz və keçmiş jurnalist həmkarımız Səadət Məmmədovanın videogörüntülərlə müşayiət olunan bir paylaşımına rast gəldim.
Qarğışla başlayırdı həmin paylaşım.
Əslən Ağdamdan olan Səadət xanım erməni vandallarının dağıtdığı Qarağacı qəbiristanlığında atasının, nənəsinin məzarlarını tapa bilmədiyinə görə bütün ermənilərə lənət oxuyurdu.
Diqqət edin, bu qarğış konkret hansısa erməniyə yox, cəm olaraq bütün ermənilərə ünvanlanıb.
Bəli, bir millət öz içindən bu cür amansız, qəddar, vəhşi, yırtıcı, faşist, terrorçu, barbar məxluqlar yetişdirib, onları qonşu xalqın üzərinə təcavüzkarlığa göndərirsə, o millət bütövlükdə lənətə məhkumdur.
Yeri gəlmişkən, Səadət xanımın çəkdiyi o videogörüntüləri bu gün Azərbaycanda ermənifobiyanın baş qaldırmasından və guya, Qarabağda “erməni mədəni irsinin dağıdılması”ndan şikayət edən ermənilərlə bərabər, onların beynəlxalq havadarlarının da, o cümlədən, Makronun və UNESCO-nun ermənipərəst rəhbərlərinin də gözlərinə soxmaq lazımdır. Qoy görsünlər ki, gerçək dağıdıcılar, talançılar və vandallar işğalçı ermənilərdir, yoxsa işğala məruz qalan günahsız azərbaycanlılar?
Mən isə dağıdılan qəbirlərin görüntülərini izlədikcə həm sarsılır, həm də özüm-özümə ard-arda çoxlu suallar verirdim.
Bu, necə “millət”dir, İlahi?
Bu goreşən, qəbirqazıyan, məzarsökən hayların içində bizə qarşı bu qədər sonsuz, intəhasız nifrət hardandır ki, əcdadlarımızın son mənzillərini bu kökə salıblar?
Axı biz onlara qarşı hər zaman yaxşı olmuşuq.
Biz onlara sığınacaq vermişik, torpaq vermişik, çörəyimizi bölüşmüşük, haraylarına çatmışıq.
Biz onlara qarşı fasiləsiz, hüdudsuz, sərhədsiz, ölçüsüz yaxşılıqlar etmişik, xeyirxahlıqlar göstərmişik.
Bəs, bütün bunların qarşılığında nədən bunca kin, nifrət, ədavətli münasibətlə “mükafat”landırıldıq?
Axı təmənnasız yaxşılıqlarımızın, rəhmliliyimizin bədəli belə olmamalıydı...
Bəs, nədən oldu?
Niyə oldu?
Bu suallarıma tutarlı, məntiqli, bəlgəli cavablar axtararkən bir erməni blogerin rus dilində çıxışına rast gəldim. Həmin videonu da bu paylaşımımın şərh bölümündə yerləşdirəcəyəm. Erməni bloger günahı öz soydaşları olan daşnaklarda və o daşnakları Türkiyənin, Azərbaycanın üzərinə qızışdıran, qısqırdan ruslarda (Rusiyada) görür.
Əlbəttə, son 200 ildə başımıza gələn, gətirilən müsibətlərin əsas “ssenarist”i və ideya müəllifi birbaşa Rusiyadır.
Yaxşı, bəs, ermənilər olmasaydı, görəsən, onda Rusiya bizə qarşı bütün bu məkrli, mənhus planlarını başqa kimin əli ilə icra edə bilərdi?
Gürcülərinmi?
Yox, gürcülər buna getməzdilər.
Kreml gürcüləri də, erməniləri də əlinin-ovcunun içi kimi yaxşı tanıyır, kimin hansı yuvanın quşu olduğunu yaxşı bilir.
Kreml ermənilərin etnopsixologiyasını və tarix boyu satqınlıqdan nəşət tapan gəlmişini-keçmişini bütün xırdalıqlarına qədər incələyib.
Çar Rusiyası da, bolşevik Rusiyası da yaxşı bilirdi ki, Türk dünyasına qarşı xain planları yalnız ermənilərin vasitəsilə rahat şəkildə həyata keçirə bilər. Ona görə də 1828-ci ildən sonra Rusiyanın Cənubi Qafqazdakı və Türküstandakı bütün geosiyasi dağıdıcılıq, müstəmləkəçilik planları bilavasitə ermənilərin vasitəsilə həyata keçirilib.
Maraqlıdır ki, son 4-5 ildə Rusiya-Ermənistan hakimiyyətləri arasında müəyyən soyuqluq və ixtilafların yaranmasına baxmayaraq, Rusiya dövləti yenidən ermənişünaslıq sahəsinin, erməni dilinin və tarixinin tədqiqinin və tədrisinin davam etdirilməsinə qərar verib.
Bunu M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Asiya və Afrika ölkələri İnstitutunun direktoru Aleksey Maslovun aprelin 24-də Moskvada keçirilən “Soyqırımı. Yaddaş və xəbərdarlıq. Müasir çağırışlar” adlı beynəlxalq konfransda çıxışından da görmək mümkündür. Maslov bildirdi ki, onun rəhbərlik etdiyi institutda ermənişünaslıq şöbəsi açılır və bu şöbə bilavasitə Ermənistanın, erməni dilinin, erməni xalqının keçmişinin və bugününün öyrənilməsi ilə məşğul olacaq.
Bəs, bunda məqsədləri nədir?
Məqsəd bəllidir.
Rusiya dövlətinin 200 illik erməni eksperimentləri, erməni xidmətləri və erməni əlaltılığı ilə kifayətlənmək fikri yoxdur. Çünki qarşıda hələ Turan birliyini dayandırmaq kimi murdar, iblisanə planlar var. Bu mənada, ermənilərin yararlılıq, istifadə, istismar müddəti hələ bitməyib. Moskva-Eçmiədzin “şər oxu” Türk dünyasına qarşı yeni həmlələrə hazırlaşır.
Bu isə bizi (Türkiyə və Azərbaycanı, Türküstan dövlətlərini) daha da ayıq-sayıq olmağa məsul edir.
Qarabağda, Şərqi Zəngəzurda, Qərbi Zəngəzurda (Qərbi Azərbaycanda) yurd yerləri viran qoyulan, əzizlərinin məzarları dağıdılan soydaşlarımızın qarğışları isə təkcə ermənilərə yox, onlara 200 il ağalıq etmiş, tapşırıq vermiş, üzərimizə qısqırtmış Rusiyaya da ünvanlanmalıdır.
(ardı var)