Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
23:39 | 28 aprel 2025 | Bazar ertəsi
Məqaləyə 265 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan mühacirləri 27 aprel işğalının ildönümünü hər il böyük acı və iztirabla qeyd ediblər. İstila günü münasibəti ilə konfranslar keçirilib, həmçinin jurnallarda məqalələr dərc etdirilib. Mühacirət hərakatının liderlərindən olan Məhəmmədsadıq Aranın 1 may 1952-ci ildə “Aras” dərgisində çap etdirdiyi “27 Aprel 1920” sərlövhəli məqalə bu cəhətdən xüsusi ilə diqqəti çəkir.
Rus imperiyasının mahiyyətinin dəqiq təsvir olunduğu bu məqalədə işğal zamanı Azərbaycan Xalq Cümhuriyyəti parlamentində təmsil olunan siyasi partiyaların mövqeyi, ermənilərin bolşevik Rusiyası ilə işbirliyi və s. məsələlər də əksini tapıb. Qərbin qırmızı imperiyaya münasibəti ilə bağlı müəllifin tənqidi fikirləri bu gün də aktuallığını qoruyub saxlamaqdadır: “Bu gün Milli Azərbaycan Cümhuriyyətinin Qızıl Rusiya tərəfindən işğal edildiyi və milli istiqlalının qəsb olunduğu gündür... Azərbaycan Sovet Rusiyasının fitnəsinin ilk məsum qurbanıdır.
32 ildən bəri Qızıl Rusiyanın bu türk ölkəsində həyata keçirdiyi vəhşilik, müharibə, talançılıq, dəhşət və Qızıl Moskvanın fitnələrinin mahiyyəti yalnız 25 il sonra Şərqi Avropa ölkələrinin: Polşa, Çexoslovakiya, Macarıstan, Rumıniya,
Şərqi Almaniya, Estoniya, Latviya, Litvanın kommunist Rusiya imperatorluğunun müstəmləkəsinə çevrilərək daha müthiş bir məhvetmə və istismar siyasətinə məruz qalmaları nəticəsində Qərb dünyası həqiqəti dərk etmişdir.
Biz yaşadığımız iztirabların acısı ilə düz 32 il bağırıb, fəryad etdik. Lakin batıq səsimizi mədəni insanların qulağına yetişdirə bilmədik. Həyəcan siqnalına əhəmiyyət verməyən Avropanın gözü qarşısında və hətta onun yardımı ilə Qızıl
Moskva rejimi 35 ildə daha da gücləndi və fitnəkar təcrübəsilə canavarlaşıb, doymayan ehtirası ilə dünyanı udmaq üçün fürsəti əldən vermədi. Sovet Rusiyasının qanlı süngüsü bu gün bir hissəsi udulmuş Avropanın sinəsinə batırıldıqdan sonra artıq qərblilər və bütün dünya sarsılaraq Moskva təhlükəsi ilə üz-üzə qaldığını dərk etdi. Artıq indi bütün dünya bizimlə həmdərddir”.