İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
20:57 | 13 sentyabr 2025 | Şənbə
Məqaləyə 2307 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Gün gələcək, biz molla rejimi ilə tarixi həqiqətlərin haqq-hesabını da çəkəcəyik.
İranın ali dini rəhbəri Seyid Əli Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti “Tasnim” agentliyində dərc olunan yazısında yenə bizdən danışıb.
O, Azərbaycanı avropalı ravvinlərin Bakıda keçirəcəkləri toplantıya ev sahibliyinə görə tənqid edib.
Cənab ağayi-Vilayəti bu addımı “anti-İslam aktı” adlandırıb və bizim adımızdan danışaraq deyib ki, “Azərbaycan xalqı buna narazılığını bildirəcək”.
D-r Vilayəti, həmçinin iddia edib ki, yəhudi ravvinlərin Bakı sammitinin məqsədi “İbrahimi razılaşmaları”nı genişləndirərək Azərbaycanı və digər müsəlman ölkələrini də ona qoşmaqdır.
Xameneyinin müşaviri bir az da irəli gedərək, Azərbaycan-İsrail əlaqələrini sərt tənqid edib və bildirib ki, “müsəlman ölkələrinə və Qəzzaya hücum edən İsrail təyyarələri Azərbaycan tərəfindən yanacaqla təmin edilir”.
Əli Əkbər Vilayəti həmişəki kimi yazısının sonunda tarixə ekskurs etməyi də unutmayıb. Belə ki, o, tarixi müqavilələrə istinadla Azərbaycan xalqının guya İrana bağlı olduğunu vurğulayıb.
***
Xameneyinin müşavirinin bu bəyanat və iddialarından belə çıxır ki, biz dostlarımızı da, düşmənlərimizi də məhz fars-molla rejiminin razılığı ilə seçməliyik. O cümlədən, ravvinləri Bakıya dəvət edib-etməmək üçün razılığı da qeyd-şərtsiz olaraq mollalardan almalıyıq.
Maraqlıdır, İran bəyəm İslam Xilafətinin mərkəzidirmi ki, kimisə evimizə, ölkəmizə qonaq çağıranda Tehrandan izn-rüsxət alaq?
Yoxsa, olmaya, bütün müsəlman ölkələri yığışıb İranı müsəlman dünyasının həmrəylik mərkəzi seçiblərmi ki, bu gün İran rəhbərliyi də bu seçkinliyindən istifadə edib bizdən belə ədalı şəkildə birlik, həmrəylik tələb edir?
Mollaların zəhərli və davakar siyasətlərinin ucbatından bu gün İranın heç bir müsəlman ölkəsi ilə normal, səmimi dostluq münasibətləri yoxdursa və molla rejimi də müsəlman ölkələri ilə yox, məhz ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Almaniya, Hindistan, Ermənistan, Yunanıstan kimi ölkələrlə gizli-açıq müttəfiqlik edirsə, o zaman Xameneyinin müşaviri hansı haqla Azərbaycan-İsrail əlaqələrini tənqid edir?
Ümumiyyətlə, necə olub ki, Xameneyi bu cür məntiqsiz, məhdud düşüncəli bir şəxsi ən strateji sahələrdən biri üzrə müşavir təyin edib?
Əli Əkbər Vilayəti kimi beynəlxalq məsələlər üzrə müşaviri olan bir dövlətin xarici siyasətinin bunca bərbad və uğursuz olmasının səbəbi, məncə, artıq heç kim üçün sirr deyil.
***
İndi də gələk “tarixi müqavilələrə istinadla Azərbaycan xalqının İrana bağlı olması” məsələsinə.
Bu məsələdə Əli Əkbər Vilayəti qismən haqlı, qismən səhvdir. Azərbaycan xalqı bugünkü İran dövlətinə yox, 1925-ci ildə ingilislərin Pəhləvilərin əli ilə devirdikləri Qacar dövlətinə, ondan öncə isə Əfşar hökumətinə, Qızılbaş dövlətinə (Səfəvilər), Ağqoyunlulara, Qaraqoyunlulara, Cəlairlərə, Hülakilərə, Elxanlılara (Atabəylər), Səlcuqlara, Sacilərə bağlılığı, yaxınlığı olub. Çünki bu dövlətlərin hamısı türk (Azərbaycan) dövlətləri olub və indiki İran da bu dövlətlərin tərkibində yer alıb. Yəni ki, son minillikdə bu coğrafiyada ayrıca, müstəqil İran (Persiya) dövləti-flan mövcud olmayıb. Ona görə də Ə.Vilayətinin ermənilər kimi tarixi saxtalaşdırıb azərbaycanlıların qurduqları dövlətləri İran (fars) dövləti kimi təqdim etməklə və bizi də onun gözünə qatmaqla tarixi yenidən yazmaq cəhdi absurddur.
P.S. Gün gələcək, biz molla rejimi ilə tarixi həqiqətlərin haqq-hesabını da çəkəcəyik. O cümlədən, 100 il bundan öncə Qacar dövlətinin əlimizdən necə və nə üçün qəsb edilməsi, alınması ilə bağlı məhkəmə də quracağıq.