
6 milyard təzminat
“Google” Böyük Britaniyada rəqabət qanunlarını pozmaqda günahlandırılır
“Google” Böyük Britaniyada rəqabət qanunlarını pozmaqda günahlandırılır
Çin diplomatdan siyasi böhrana səbəb olacaq ittiham
Bələdiyyə gəmiricilərlə mübarizə üçün orduya müraciət edib
“Bloomberg” sorğusunda aylıq göstəricilər gözləntilərin altında qalıb
Gözəllik yarışında köklü dəyişiklik
İngiltərə ət-süd məhsullarına qadağa qoydu, Avstriya sərhədlərini tamamilə bağladı
İngiltərə kralı və kraliçasını nikahlarının 20-ci ilində Roma Papasına baş çəkib
İbadət etməyənlər üçün pulsuz parkinq qadağası
3-ü polis maşını olmaqla 4 avtomobil bir-birinə çırpıldı
Nasistlərin Enigma kodunu açan Şarlotta Uebb qadın hərbçilərin idealı idi
Hansı ölkələrin vətəndaşlarına viza tələb olunmayacaq
Qeydiyyatdan keçməyənləri 5 ilə qədər həbs gözləyir
Kembric Universitetinin götürülmüş saat əqrəbi təxminən 95 il sonra geri qaytarılıb
Heç kim üç kritik peşəyə maraq göstərmir
Kral Çarlzın xəstəxanaya getmə səbəbi bilindi
İngiltərə taxtının sahibi xərçəng müalicəsinin müvəqqəti yan təsirləri ilə bağlı müayinə olunub
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabr ayının 13-də Londona səfər etmiş, Leo Dokerti (Leo Dockerty, Avropa məsələləri üzrə nazir) ilə görüşmüşdü. Bu görüş Laçın dəhlizinin bağlanmasının ertəsi günü baş vermişdi. Bəlkə elə buna görə Riçard Murun gözlənilməz İrəvan səfərinin məqsədini müxtəlif şəkildə yozmuşdular.
Bu arada xatırladım ki, Leo Dockerty keçmiş hərbçi və silah üzrə mütəxəssisidir, İraq və Əfqanıstanda hərbi xidmətdə olub, silah ixracı komitəsinin üzvü idi, hazırda isə həm də müdafiə büdcəsi komitəsinin üzvüdür.
Son aylar mediada Ermənistanın İrandan pilotsuz təyyarələr almağı planlaşdırdığı barədə xəbərlər yayılır. Bu ehtimalı Xamneyiyə yaxınlığı ilə tanınan İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Yəhya Səfəvi irəli sürmüşdü. Molla rejimi İran üçün strateji baxımdan qəbuledilməz olan Ermənistan-İran sərhədini aradan qaldıracaq Zəngəzur dəhlizinin yaradılmasına etiraz edir. Tehran İsrailin bölgədəki “oyuna” qoşulmasına da qarşı çıxır. Azərbaycanın Tel-Əvivdə səfirlik açmasını isə heç bir vəchlə həzm edə bilmir.
Bu fonda Tehran Ermənistanın rolunu aktivləşdirməyə cəhd edir, Qarabağla bağlı razılaşmaların reallaşmasını pozmağa çalışır. Armen Qriqoryan Tehranla əlaqələri gücləndirir, gedib İranın güc strukturlarının əsas fiqurlarından biri olan İran Təhlükəsizlik Şurasının rəhbəri Əli Şamxani (keçmiş müdafiə naziri) ilə görüşmüşdü. Bu hadisələrin davam etdiyi günlərdə Ermənistan özünün Xarici Kəşfiyyat Xidmətini yaratdı.
Ola bilsin ki, Riçard Mur (Richard Moore) Ermənistanı atacağı addımlardan yayındırmağa gəlmişdi. MI6 şefinin ermənilərin İranın Türkiyə və Azərbaycana qarşı apardığı siyasətə tərəf olmamaq üçün Paşinyana şəxsən xəbərdarlıq etməyə gəldiyi ehtimal edilir. Laçın dəhlizi ətrafındakı gərginliyin davam etdiyi günlərdə MI6-nın ortalığa çıxması ibrətamizdir.
Dünyanın ən güclü kəşfiyyat idarəsinin şefinin Paşinyanla görüşməsi Qarabağda yeni proseslərinin xəbərçisidir...