Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
13:57 | 22 iyul 2025 | Çərşənbə axşamı
Məqaləyə 964 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İngiltərə mediasının analitik mənbələrə istinadən yaydığı məlumatlara görə, ABŞ-nın nüvə silahları 2008-ci ildən bəri ilk dəfə Böyük Britaniya ərazisinə yerləşdirilib. Bildirilir ki, bu silahlar İngiltərənin yeni döyüş təyyarələrində istifadə oluna bilər.
“The Times” qəzetinə əsasən, Nyu-Meksika ştatındakı Kirtland Hava Qüvvələri Bazasından yola düşən bir “C-17” yük təyyarəsi 10 saatlıq uçuşla Böyük Britaniyanın Suffolk bölgəsindəki “RAF Lakenheath” bazasına çatıb. Analitiklər bu reysin “bir tərəfli silah təhvili” ola biləcəyini düşünürlər. Rəsmi mənbələr — ABŞ və Böyük Britaniya hakimiyyət orqanları — məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.
“ABŞ silahlarını daşıyacaq təyyarələr təsdiqləndi”
“RAF Lakenheath” hazırda ABŞ Hava Qüvvələrinə məxsus hərbi bölmələri qəbul edir. Burada nüvə silahlarının yerləşdirilməsinə hazırlıq çərçivəsində balistik sığınacaqlar və qoruyucu infrastruktur yenilənib.
Böyük Britaniya artıq ABŞ-dan “B61” tipli taktiki nüvə bombalarını daşıya biləcək “F-35A” döyüş təyyarələri əldə edib. Bu bombalar minlərlə insanı məhv edə biləcək gücdədir və krizis vəziyyətində birbaşa silahlanma üçün nəzərdə tutulur.
İngiltərə Müdafiə Nazirliyinin yaydığı rəsmi sənəddə “RAF Marham” bazasında yerləşdirilən “F-35A” təyyarələrinin NATO-nun Nüvə Missiyası çərçivəsində fəaliyyət göstərəcəyi bildirilib.
“Soyuq Müharibədən təkrarlanan xətlər”
NATO-nun keçmiş nüvə silahsızlaşdırma direktoru Uilliyam Alberk bu hadisəni belə şərh edib: “Bu silahlar İngiltərəyə gətirilib, təhvil verilib, sonra da ABŞ rutin uçuş rejiminə qayıdılıb. Bu bazalarda nüvə yerləşdirilməsi üçün illərdir hazırlıq görülürdü”.
Alberk həmçinin bildirir ki, Krımın Rusiya tərəfindən 2014-cü ildə qanunsuz ilhaqından sonra, ABŞ Avropada nüvə caydırıcılığını gücləndirmə ehtiyacına qərar verib.
Digər analitik Böyük Britaniya Xidmətlər İnstitutunun tədqiqatçısı Sidhart Kauşal hadisəni belə izah edir: “Bu, həm ABŞ-nın silahlarının “Lakenheath”də yerləşdirilməsi, həm də İngiltərənin “F-35A” alma qərarı baxımından strateji əhəmiyyətə malikdir”.
ABŞ niyyətini gizlətmir?
Təyyarənin uçuş zamanı siqnal cihazlarını açıq saxlaması, ABŞ-nın Rusiya ilə niyyətlərini şərti şəkildə paylaşmaq istədiyini göstərə bilər. Alberk deyir: “Əgər bu cihazlar bağlı olsaydı, səssiz keçid olardı. Açıq olması, məqsədli və nümayişkaranə niyyətin göstəricisidir”.
Bu hadisə sadəcə hərbi təşəbbüs deyil — Avropa təhlükəsizlik arxitekturasının transformasiyası və NATO-nun strateji simvollarının yenilənməsi deməkdir. İngiltərənin yenidən “nüvə aktyoru” kimi qayıdışı, qlobal siyasətdə Soyuq Müharibənin kölgəsinin hələ də qaldığını göstərir.