
“Qarabağ”ın səssiz intiqamı?
Mümkündür, amma inanmıram
Mümkündür, amma inanmıram
... Yaxud “Qarabağ” futbol sistemi
“Qarabağ”ın rəqibləri bəlli oldu
Heç bir rəqibə qarşı vaxtından əvvəl rahatlaşmaq olmaz
Anar Məmmədxanovla bir söhbətin ardından
Bu dəfə qalib kimliyimizin nümayişi olacaq
Atalıq iftixarı, yoxsa futbolun illərlə daşınan yükü
Qarabağ Çempionlar Liqasının qrup mərhələsinə qatılmağı təmin etdi
Legioner hücumçusuz “Qarabağ” və ...
“Şkendiya”nın ilk qolu “Qarabağ”ı ayıltdı
“Qarabağ” minimumu təmin etdi
“Qarabağ”ın ən güclü silahı “Zirə”dir
Premyer Liqa hazırlığında rahatlıq
“Qartal”lar qələbəyə daha layiq tərəf idi
“Qarabağ” ən azı Konfrans liqasının qrup mərhələsini təmin etdi
... və Allah ümidinə qalan “Kəpəz”
Sabahdan klublarımızın avrokubok marafonu tam heyətlə davam edəcək. “Sabah”ın Avropa Liqasındakı uğursuzluğu sıralarımızı seyrəltməyib. 4 komanda Çempionlar Liqası və UEFA Kubokunda ölkə təmsilçiliyimizi davam etdirəcək.
Çempion “Qarabağ” hücum xəttindəki yetərsizliyinə baxmayaraq cütün favoritidir. “Şelburn” sürətli və döyüşkən komanda olsa da, ağdamlılar daha yaxşı, daha güclüdülər. Qurban Qurbanovun rəqibi yaxından tanımaq imkanı, hazırlıqları etmək imkanı olub. “Ağ-göylər” yaxşı bir toplanış keçib, lazımi yüklənməni alıb, heyəti sınaya bilib. İlk matçda müəyyən səhvlər olacaq, ancaq yavaş-yavaş hər şey qaydasına düşəcək.
“Sabah” ilk turdan fərqli olaraq daha münasib rəqiblə üz-üzə gələcək. “Petrokub” son illərdə yüksəlişdə olsa da, keçiləsi komandadır. Dambrauskas da öz komandasını tanımaq üçün yetərli vaxt əldə edib, gücünə bələddir. Bir fors-major olmasa, turu keçən tərəf masazırlılar olmalıdır.
“Zirə”yə mümkün ən çətin rəqib düşüb. “Hayduk” ötən mövsüm çempionluğu 2 xalla əldən verib, Livaya kimi futbolçuları var. Heyətin keyfiyyəti baxımından xorvatlar bizdən bir baş üstündülər və qələbəyə yaxın tərəfdilər. Ancaq Rəşad Sadıqovun yetirmələri də dağılmayıb, normal vəziyyətdədilər, döyüşə hazırdılar. Rəqib üçün heç də asan olmayacaq.
“Araz” yayın ən böyük sürprizidir. Heyətini keyfiyyətli futbolçularla gücləndirən naxçıvanlılar möhkəm kollektivə çevriliblər. “Aris” şübhəsiz, güclüdür, sıralarında yaxşı legionerlər var. Ad, şərait, təcrübə və digər demək olar ki bütün komponentlərlə gotürsək, yunanlar üstündür. Cavab qarşılaşmasını da evdə, güclü azarkeş dəstəyi altında keçirəcəklər. Biz isə Elmar Baxşıyev və yetirmələrinin sona qədər mübarizə aparmaları, rəqibin adından çəkinməyərək güc qoymalarına ümid edəcəyik. Futboldur, hər şey ola bilər.