vaxtlı-vaxtında oxuyun! Bazar, 23 noyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
CƏMİYYƏT  
Məntiqlə mən sağ qalmamalı idim 22:56 | 23 noyabr 2025 | Bazar Məqaləyə 18 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məntiqlə mən sağ qalmamalı idim

Qapının arxasına bir addım ölüm demək idi

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Yasamaldakı 3 nəfərin ölümü ilə nəticələnən yanğından möcüzəvi şəkildə dağı çıxan jurnalist Heydər Mirzənin yaşadığı anları təsvir edib.

“Allah ölənlərə rəhmət eləsin.

2020-də çox şey gördük. Amma anidən ölüm fərqli, hər nəfəsin səni ölümə aparması isə fərqli şeydir.

5-ci mərtəbədən geri – 12-yə o yol… Mən bilmirəm necə sağ qaldım. Samirin qapısı Mehman bəyin qapısından sonra pilləkənə ən yaxın olan idi. Mənim qapım isə ən uzaq olan idi. Bütün məntiqlə mən sağ qalmamalı idim.

Qaranlıq və tüstüdə (tüstü demək olarsa ona, zəhərdir) 11-ci mərtəbəni 12 bilib yarısına kimi gedib təzdən qayıdanda beynimdə artıq özümlə sağollaşdım. Çünki nəfəs almalı idim, baş işləmirdi artıq zəhəri içəriyə alıb hər nəfəsdə bir qədər də gic olurdum.

Orada dostum Emili və bizimlə aşağı qaçan Mahmudovlar ailəsini itirdim. Birtəhər qayıtdım yolu, qalxdım 12-yə. İki dəfə yıxıldım, artıq ciyər partlayırdı. Qaranlıqda əlimi atdım paradnıdakı divana. Sonra şkafa. Son cəhddə çatdım qapıya (şükür ki açarla bağlamadım). Yıxıldım dəhlizə və qapını örtdüm.

Ağzımdan qara bəlğəm gəldi. Öz özümə deyirəm Emil öldü… Süleyman gil öldü… 30 saniyə sonra qapı açıldı və dəhlizə Emil yıxıldı. Eyni cür qara bəlğəm.

Sonrasını danışmaq çox çətindir, çünki ölənlər bizim mərtəbə və ya yaxın öldülər anladığım qədər hamısı. Neçə dəfə qapını açsam da, heç kəsi çıxara bilmədik. Qapının arxasına bir addım ölüm demək idi. Səslər gəlirdi… Hardasa 10 metrdə, amma o məsafəni artıq mümkün deyildi keçmək.

Təxliyə zamanı Mahmudovları sağ görəndə sevindim… Amma sevincimiz çox çəkmədi, çox tez bildik ki, ölənlər var…”