vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 7 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
Evini tərk etməyən qadın yanıb 16:55 | 7 avqust 2025 | Cümə axşamı Məqaləyə 128 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Evini tərk etməyən qadın yanıb

Yanğın Fransada 10 min hektardan çox ərazini külə döndərdi

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransanın cənubunda, İspaniya sərhədinə yaxın Aude bölgəsində başlayan və sürətlə yayılan meşə yanğını ciddi itkilərə səbəb olub. Yanğın nəticəsində bu günə qədər 10 min hektardan çox meşə ərazisi külə dönüb, 25-dən çox ev zərər görüb və ya tamamilə yararsız hala düşüb. Hadisə zamanı bir nəfər həyatını itirib, bir nəfər isə itkin sayılır. Əlavə olaraq, biri ağır olmaqla iki mülki şəxs yaralanıb.

Yanğının ən böyük faciəsi isə evini tərk etməyi rədd edən 60 yaşlı qadının həyatını itirməsi olub. Yanğını söndürmək üçün 1800-dən çox yanğınsöndürən cəlb olunub, onlardan yeddi nəfəri tüstüdən zəhərlənib. Güclü külək və quru hava şəraiti yanğınla mübarizəni çətinləşdirir.

Həm yerüstü, həm də hava vasitəsilə müdaxilə edilən yanğının nəzarət altına alınması bir neçə günə qədər davam edə bilər. Bölgədə bəzi düşərgə yerləri və kəndlər təxliyə olunub, yollar bağlanıb. Fransa Prezidenti Emmanuel Makron, vətəndaşları yanğınla mübarizə aparan rəsmi qurumların məlumatlarına diqqətlə yanaşmağa çağırıb və bütün imkanların yanğınla mübarizəyə yönəldildiyini vurğulayıb.