
Evini tərk etməyən qadın yanıb
Yanğın Fransada 10 min hektardan çox ərazini külə döndərdi
Yanğın Fransada 10 min hektardan çox ərazini külə döndərdi
Aude bölgəsində fövqəladə vəziyyət elan edilib
Avropada meşə yanğınları Lüksemburq böyüklükdə ərazini məhv edib
Onlarla ev və avtomobil yanıb, nəqliyyat iflic olub
Dələduzlar süni intellektdən istifadə edərək yeni fırıldaq üsulları hazırlayır
Marsel hava limanı bağlanıb, qatarların hərəkəti dayandırılıb
Fermada baş verən yanğında yüzlərlə heyvan həlak olub
Daha bir şəhər boşaldılıb
Meşənin alovlanması səbəbindən 2 kənd boşaldılıb
Yunanıstanın cənnəti cəhənnəmə döndü
Fövqəladə vəziyyət elan edilib
Evlər və hotellər boşaldılıb
Mübahisə edən məhbuslar çarpayıya od vurdular
Yanğınlar necə başladı, son vəziyyət necədir?
Minlərlə insan evsiz qaldı
Nəhəng gəmi 3 min avtomobil üçün məzar oldu
Yeni araşdırmaya görə, dünyanın ən böyük ağciyəri və planetin ən geniş bioçeşidlilik sahəsi olan Amazon meşələri geri dönüşü olmayan quruma prosesinə doğru gedir.
Tədqiqatçılar xəbərdarlıq edirlər ki, Amazon bu əsr ərzində sürətlə yaşıl meşələrindən daha quraq səhraya çevrilməsinə səbəb olacaq fəlakətli nöqtəsinə yaxınlaşa bilər.
Bu böyük dəyişiklik iqlim dəyişikliyi və meşəsizləşmənin birləşməsi ilə sürətlənə bilər.
Amazon, 6 milyon kvadrat kilometrlik sahəsi ilə dünyada ən böyük tropik meşəsidir. Eyni zamanda dünyanın bitki və heyvan növlərinin 10 faizini özündə cəmləşdirir. Dünya Təbiəti Mühafizə Fondunun məlumatına görə, Amazon 99 milyard tondan 154 milyard tona qədər karbon saxlayır və hər il orta hesabla 180 santimetr yağıntı alır. Buna görə də iqlimi tənzimləyən qlobal su və karbon dövrlərinin mühüm tərkib hissəsidir.
Quraqlıq və meşə yanğınlarını artırdı
Son əsrdə Amazon kimi meşələri iqlim dəyişikliyi və meşəsizləşmənin səbəb olduğu quraqlıq və meşə yanğınları nəticəsində getdikcə daha da həssas hala gəlib.
Dünya Resursları İnstitutunun Qlobal Meşə Araşdırmasına görə, Braziliya Amazonu yalnız 2024-cü ildə 28 min kvadrat kilometrlik meşə örtüyünü itirib.
“Geophysical Research Letters” jurnalında dərc olunan araşdırmaya əsasən alimlər Amazonun qeyri-müəyyən gələcəyini yenidən təhlil ediblər. Bəzi alimlər hesab edirlər ki, bu dəyişikliklər Amazonu yaşıl yağış meşələrindən quru çöl landşaftına çevirəcək kritik həddə doğru aparır.
Hansı nöqtədə dəyişəcək?
Kembric Universitetinin dünya sistemləri elmi üzrə professoru və araşdırmanın müəlliflərindən biri olan Endryu Frend, “belə bir dəyişimin mümkün olduğuna dair məntiqli əsaslar” olduğunu bildirib.
Frend “Live Science”a açıqlamasında, “Sualla qarşı-qarşıyayıq: iqlim dəyişikliyi və meşəsizləşmənin hansı səviyyəsi bu ekosistemin dönüşməsinə səbəb olacaq?”, – deyib.