
Bədəninin 80 faizi yanmışdı
Ustanı xilas etmək mümkün olmadı
Ustanı xilas etmək mümkün olmadı
İqlim böhranının yeni təhlükəsi
Avropada meşə yanğınları rekorda çatdı
Yağışın azalması və yüksək temperatur planeti yaşanmaz hala gətirəcək
Amazon meşələrindəki fəlakətdə geri sayım
Yanğın Fransada 10 min hektardan çox ərazini külə döndərdi
Aude bölgəsində fövqəladə vəziyyət elan edilib
Avropada meşə yanğınları Lüksemburq böyüklükdə ərazini məhv edib
Onlarla ev və avtomobil yanıb, nəqliyyat iflic olub
Marsel hava limanı bağlanıb, qatarların hərəkəti dayandırılıb
Fermada baş verən yanğında yüzlərlə heyvan həlak olub
Daha bir şəhər boşaldılıb
Meşənin alovlanması səbəbindən 2 kənd boşaldılıb
Yunanıstanın cənnəti cəhənnəmə döndü
Fövqəladə vəziyyət elan edilib
Evlər və hotellər boşaldılıb
Yeni dərc olunan “Meşə Bəyannaməsinin Qiymətləndirilməsi 2025” adlı hesabat dünyada meşəsizləşməni dayandırmaq səylərinin uğursuz olduğunu ortaya qoyur. Sənədə əsasən, ötən il 8,1 milyon hektar meşə əbədi olaraq məhv olub — bu da Böyük Britaniyanın yarısı qədər ərazi deməkdir. Bu rəqəm 2030-cu ilədək “sıfır meşəsizləşmə” hədəfi üçün müəyyən edilmiş illik limiti 3 milyon hektardan çox aşır.
Vaxt.AZ xarici mediaya istinadən xəbər verir ki hesabatın baş müəlliflərindən Erin Matson xəbərdarlıq edir: “Öhdəliklərlə reallıq arasındakı fərq hər il daha da artır. Meşələr yaşayış üçün zəruri infrastruktur rolunu oynayır. Onları qoruya bilməsək, ümumi rifahımız təhlükədədir”.
Bu məlumatlar, Amazon bölgəsində keçiriləcək COP30 iqlim sammitindən cəmi bir neçə həftə öncə açıqlanıb.
Dünya liderləri 2021-ci ildə Qlazqo Meşələr və Torpaqdan İstifadə Bəyannaməsinə imza ataraq 2030-cu ilədək meşə itkisinin dayandırılacağına və 350 milyon hektar torpağın bərpa ediləcəyinə söz vermişdilər. Lakin yeni analiz göstərir ki, dünya hazırda bu məqsəddən 63% geri qalır və bəzi bölgələrdə meşəsizləşmə prosesi daha da sürətlənir.
2024-cü ildə baş verən meşə yanğınları 6,7 milyon hektarlıq ərazini məhv edib. Əksər yanğınlar Latın Amerikası, Cənub-Şərqi Asiya və Afrikada qeydə alınıb. Onlar 3,1 milyard ton istixana qazı emissiyasına səbəb olub — bu da ABŞ enerji sektorunun illik emissiyasından təxminən 1,5 dəfə çoxdur.
Hesabat göstərir ki, beynəlxalq iqlim danışıqlarında meşələrin rolu tez-tez vurğulansa da, mövcud maliyyə sistemi hələ də meşəsizləşməni stimullaşdırır.