Kriptovalyuta bazarlarında xaos
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
13:57 | 13 avqust 2025 | Çərşənbə
Məqaləyə 288 dəfə baxılıb
Şriftin ölçüsü
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
ABŞ-Çin gərginliyi yüksəlişi durdurdu
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
Pentaqon Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya köməklik edəcək
ETF xəbərləri və mövsümi faktorlar kriptovalyuta bazarını dəstəkləyir
ABŞ prezidenti Liza Kuku hələlik vəzifədən kənarlaşdıra bilməyəcək
Dünənki zirvədən sonra cüzi ucuzlaşma var
FED-in yumşaq siyasəti “Goldman Sachs”da nikbinlik yaradıb
Hammak sərtləşmə, Bouman isə yumşalma tərəfdarıdır
Yeni üzvün faiz endirimi çağırışı birmənalı qarşılanmır
FED üzvü Loqandan yeni faiz siyasəti çıxışı
Keçmiş FED sədrlərindən ABŞ Ali Məhkəməsinə Kuk çağırışı
BMF: “Faiz siyasətini endirmək üçün imkan var”
Gələn həftə faiz endirilməsi demək olar ki, qətiləşib
ABŞ prezidenti Cia Kobun qərarından şikayət etdi
“Nomura Holdings” şirkətinin iqtisadçıları hesab edirlər ki, əmək bazarının zəifləməsi və inflyasiyanın daha az risk yaratması səbəbindən ABŞ Federal Ehtiyat Sistemi (FED) sentyabr ayında faiz dərəcələrini endirməyə başlayacaq.
Proqnoza görə, FED sentyabr iclasında ehtimal ki, 25 baza bəndi həcmində faiz endirimi həyata keçirəcək, daha sonra isə dekabr və gələn ilin mart aylarında iki dəfə daha faiz azaldılması gözlənilir.
“Nomura” əvvəllər ilin sonunadək FED-in monetar siyasəti yumşaldacağına inanmayanlar arasında idi.
ABŞ-da dünən açıqlanan məlumata əsasən, iyul ayında baza inflyasiya proqnozlara uyğun olaraq 0,3% təşkil edib. Tariflərlə əlaqəli kateqoriyalarda qiymətlərdə məhdud artım müşahidə olunub və əlavə vergilərin inflyasiyaya ciddi təzyiq göstərməyəcəyi gözlənilir.
Digər tərəfdən, əmək bazarında yavaşlama əlamətləri görünür. Son üç ay üzrə aparılan düzəlişlər pandemiyadan bəri aylıq iş yeri artımının ən aşağı səviyyədə olduğunu göstərib.
İnflyasiya göstəricisindən sonra bəzi investorlar FED-in gələn ay 50 baza bəndi faiz endirə biləcəyini düşünməyə başlayıb. ABŞ Maliyyə naziri Skott Bessent də “Fox” telekanalına verdiyi müsahibədə Fed-in bu həcmdə endirimi nəzərdən keçirməli olduğunu bildirib.