
Əlil qalmış uşaq üçün rekord təzminat
Doğum zamanı yol verilən səhvdən sonra xəstəxanəyə tarixi məbləğdə cəza kəsilib
Doğum zamanı yol verilən səhvdən sonra xəstəxanəyə tarixi məbləğdə cəza kəsilib
Qadınlarda anoreksiya və bulimiyanın yüksəlişi və çağırışlar
Fransanın ən ucuz kababçısı bağlandı
Fransada səhiyyə böhranı dərinləşir
Dövlət borcu 3,3 trilyon avronu keçdi, sosial yardımlar dondurulur
Getdikcə daha çox rast gəlinir
1 uşaq dünyasını dəyişib, 17 uşaq müalicə olunur
Başqasına aid qanın vurulduğu xəstənin sağ qalma şansı 5 faizdir
Həkimlərin görməməzlikdən gəldiyi simptom dəhşətli çıxdı
Siçovul səhiyyə müəssisəsini işıqsız qoydu
Bütün Almaniya bu “ana”dan danışır
41 qadından və 35 kişidən biri ölümcül xəstəliyə tutulur
Depressiya səbəbiylə xəstəxanada yatanların sayı artır
11 yaşlı qız səhvən psixiatriya xəstəxanasına yerləşdirib ağır dərmanlar veriblər
Sağlam qadına həkimin səhvi nəticəsində dünyanın ən ölümcül xəstəliyinə tutuldu
Dövlət və özəl xəstəxanalarda qiymətlər artır, xidmət bahalaşır
Yay aylarının ağır keçməsindən sonra Fransadakı təcili yardım şöbələri həyəcan siqnalı verir. Həddindən artıq isti dalğaları və xəstəxanalarda çarpayıların bağlanması nəticəsində tükənən tibb işçiləri hökumətə “təcili tədbir” çağırışı ediblər.
Fransada yay boyunca xəstəxanalarda çarpayıların bağlanması və iki böyük istilik dalğası yaşandı. Xüsusilə təcili yardım bölmələrində çalışan tibb işçiləri ağır iş yükü ilə üz-üzə qaldılar. Agen şəhərində bəzi həkimlərin həftədə 80 saatdan çox işlədiyi bildirilib.
Durum getdikcə pisləşir
Fransa Xəstəxana Federasiyasının (FHF) açıqladığı sorğu nəticələrinə görə, ölkədəki 277 təcili yardım mərkəzinin yarısı vəziyyəti ötən illə müqayisədə sabit, 30%-i daha pis, yalnız 20%-i yaxşılaşma olaraq qiymətləndirib.
Fəaliyyət səviyyəsinə baxıldıqda mərkəzlərin 47%-i yüklənmənin artdığını, 44%-i sabit qaldığını, yalnız 9%-i azaldığını bildirib.
Çarpayı və personal çatışmazlığı
Sorğuda iştirak edən xəstəxanaların 57%-i xəstələrin yerləşdirilməsi üçün çarpayıların mövcudluğunun ötən illə eyni olduğunu desə də, qalan hissə şəraitin daha da çətinləşdiyini qeyd edib. Bir çox təcili yardım şöbəsi, personal çatışmazlığı səbəbindən xəstələri digər mərkəzlərə yönləndirmək məcburiyyətində qalıb.
Paris ictimai xəstəxanalarında (AP-HP) artıq tətil çağırışları səslənməyə başlayıb. Həmkarlar ittifaqları hökumətdən həm daha çox personal, həm də iş şəraitində yaxşılaşdırma tələb edirlər.