vaxtlı-vaxtında oxuyun! Bazar, 7 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
Avropada səhiyyə problemi dərinləşir 15:38 | 7 sentyabr 2025 | Bazar Məqaləyə 126 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropada səhiyyə problemi dərinləşir

Hər 10 həkimdən 4-ü 60 yaşdan yuxarıdır

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniyada ölkə üzrə təxminən 66 min ailə həkimi fəaliyyət göstərir. Lakin bunların təxminən yarısı 60 yaş və üzəri həkimlərdən ibarətdir.

Federal Statistika İdarəsinin (Destatis) məlumatlarına görə, ştatlar arasında fərqlilik olsa da, keçən il bir ailə həkiminə düşən xəstə sayı orta hesabla 1.264 idi. Bu rəqəm 10 il əvvəlki göstərici ilə eyni qalıb. Lakin 60 yaşdan yuxarı ailə həkimlərinin sayında nəzərəçarpacaq artım müşahidə olunub. Hər 10 həkimdən 4-ü 60 yaş və üzərindədir. Bu vəziyyət sağlamlıq sistemində daralma təhlükəsini ortaya qoyur.

 

Həkimlər yaşlanır

 

“Newsaktuel.de” saytının verdiyi məlumata görə, 2024-cü ildə Almaniyada təxminən 66.100 ailə həkimi fəaliyyət göstərib. Bu, 10 il əvvəlki göstərici ilə müqayisədə 3,4% artım deməkdir. Lakin həkimlərin yaşı getdikcə artır.

Keçən il təxminən 27 min ailə həkimi (ümumi sayın 40,8%-i) 60 yaş və üzərində olub. Bunların 18,5%-i isə 65 yaşdan yuxarıdır. Digər tərəfdən, 40 yaşdan aşağı ailə həkimlərinin payı yalnız 7,7% təşkil edir.

Ştatlar arasında 60 yaşdan yuxarı ailə həkimlərinin nisbətinin ən yüksək olduğu region 48% ilə Rheinland-Pfalz oldu. Bu ştatı Saarland (46,2%) və Bremen (45,4%) izləyib. Ən aşağı göstəricilər Türingen (31,5%), Saksoniya-Anhalt (33,1%) və Saksoniya (33,2%) ştatlarında qeydə alınıb.

 

Ştatlar arasında xəstə sayında fərqlilik

 

Əyalətlərə baxıldıqda Brandenburgda bir həkimə düşən xəstə sayı 1.436 ilə ən yüksək səviyyədədir. Bremen 1.369, Aşağı Saksonya isə 1.356 ilə ardıcıl olaraq gəlir. Hamburqda bu rəqəm 1.118, Meklenburq-Vorpommerndə 1.149, Bavyerada isə 1.114 olub. Beləcə, Bavyera ən aşağı göstəriciyə malik ştatdır.

2023-cü ildə ailə həkimliyi poliklinikalarının 67,5%-i tək həkimli, 32,5%-i isə ortaq xəstəxana kimi qeydiyyatdan keçib. Müxtəlif ixtisaslarda isə nisbətlər dəyişir. Məsələn, nevrologiya sahəsində ortaq xəstəxanaların payı 11,8% təşkil edir, radiologiyada isə 60,4%-ə çatır.

2023-cü ildə bütün poliklinikaların 36,7%-ni ailə həkimliyi təşkil edib. Bu poliklinikalarda orta hesabla 7,8 nəfər işləyib. 2015-ci ildə bu rəqəm 7,1 idi.

 

Gəlirlərin böyük hissəsi sığorta müqavilələrindən

 

Ailə həkimliyi poliklinikalarının gəlirlərinin 83,5%-i sığorta şirkətləri ilə bağlanan müqavilələrdən əldə edilir. Bu nisbət digər ixtisaslarla müqayisədə ən yüksək səviyyəni göstərir. Uşaq və gənc həkimliyində oxşar nisbət (%82,7) müşahidə olunub, dermatologiya (%44,3) və cərrahiyyə (%45,7) sahələrində isə əhəmiyyətli dərəcədə aşağıdır.